Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Qaradəmirçi kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

25 iyul 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızın sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin İkinci Qaradəmirçi kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Qaradəmirçi  kənd    İnzibati Ərazi Dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.  İkinci Qaradəmirçi  kəndində son illər kəndin baş yolu olan  Bərdə-Alpout yolu əsaslı təmir edilib, yol asfaltlaşdırılmış, ətrafdakı sahibkarlıq obyekti müasir memarlıq üslubundə yenidən qurulmuşdur.
2018-ci ildə kənddə 5 hektar, cari ildə 21 hektar sahədə pambıq əkilmişdir.
Kənd qazlaşdırılmış, 2 km uzunluqda kənd yolu asfalt-betonla tikilmiş, kəndinin elektrik şəbəkəsi yenidən qurulmuş, elektrik xətləri kabelləşdirilmiş, kəndə 2 sərnişin avtobus marşurutu açılmış, kəndin içməli su şəbəkəsi tikilmiş, hər bir həyətə içməli su verilmiş, kənddə klub inşa edilmiş və inventarlarla təchiz edilmişdir.
  Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Əmirov Şakir İldırım oğlu pay torpaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün 1 ədəd subartezian quyusunun qazılması, İsmayılova Yasəmən Ənvər qızı kənddə ibtidai məktəb tikilməsi, Muxtarov Bəhlul İmran oğlu “Stanın yanı” adlanan sahədə pay torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Heydərov Azər Orucqulu oğlu Qarabağ döyüşlərində iştirak etməsinə baxmayaraq Qarabağ müharibəsi veteranı vəsiqəsi almadığı, Əliyeva Tamella Qəni qızı kənddə tibb məntəqəsi açılması və bina tikilməsi, Əmirov Musa İldırım oğlu
telefon şəbəkəsinin yenidən qurulması, Xəlilov Əliş Yunis oğlu “Yoncalığın baş” adlanan ərazidə yanmış subartezian quyusunun dərinlik nasosunun təmir edilməsi, Heydərov Fəlaki Həmid oğlu təzə yaşayış məhəlləsinə 5 ədəd elekktrik dirəyi basdırılması barədə müraciət etmişdir.  
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər