Şriftin ölçüsü :

Saytın rəngi :

Mollagüllər kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

08 avqust 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızın sosial-iqtisadi inkişafının xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Mollagüllər kəndində görülən işlərdən, sakinlərinin məşğulluğundan, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, həyata keçirilən infrastruktur layihələrdən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Azərbaycan Respublikasının göstərişi əsasında rayonda həyata keçirilən infrastruktur layihələri rayonun görnüşünü tanınmaz dərəcədə gözəlləşdirmiş, əhalinin maddi rifah halını yüksəltmişdir. Son illər Mollagüllər qazlaşdırılmış, kəndin 6 km daxili yolları qum-çınqılla əsaslı təmir edilmiş, Qarağacı-Mirzəcəfərli-Mollagüllər kəndlərarası 6 km yol yenidən qurulmuş və asfaltlaşdırmaq üçün hazırlanmış, qəbirstanlığının 5 km yolu qum-çınqılla əsaslı təmir edilib, qəbirstanlıq dəmir məhəccərlə hasarlanmış, qəbirstanlıqda talvar tikilmiş, kənd ümumi məktəbindəə cari təmir işləri aparılmış, 0,5 km məsafədən məktəbə içməli su xətti çəkilmiş, kəndin bir hissəsinə içməli su şəbəkəsi çəkilib 25 evə su verilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində kəndin iqtisadiyyatı ildən-ilə güclənir. Kənddə 2018-ci ildə kənddə 301 hektar sahədə pambıq əkilmiş, hər hektardan 30 sentner olmaqla 903 ton pambıq istehsal edilmişdir. Hazırda 436 hektar sahədə pambıqda 3-cü becərmə, 2-ci suvarma başa çatdırılıb, bar aylığı müvəffəqiyyətlə keçirilir.
2018-ci ildə kənddə 14 qutu ipək qurdu bəslənmiş, hər qurudan 43,0 kq olmaqla 602 kq, 2019-cu ildə 19 qutu ipək qurdu bəslənmiş, hər qutudan 21,0 kq olmaqla 602 kq barama istehsal edilmişdir. Son illər kənddə 3 min ədəd, o cümlədən Çindən gətirilmiş bir min ədəd çəkil tingi əkilmişdir.
2018-ci ildə kənddə 134 hektar sahədə pambıq əkilmiş, hər hektardan 22,3 sentner olmaqla 299 ton pambıq istehsal edilmiş, cari ildə 100 hektar sahədə pambıq əkilmiş, pambığın 3-cü kompleks becərməsi başa çatdırılmış, hazırda 3-cü suvarma başa çatmaq üzrədir.
  Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Kərim Rəhimov kənddə qazın təziyiqinin artırılması, elektrik enerjisi verilişinin tez-tez kəsilməsi, kəndin bir hissəsi üçün içməli su üçün bir ədəd artezian quyusunun vurulması, Qurban Məmmədov kəndin elektrik şəbəkəsinin yenidən qurulmasının başa çatdırılması, Məhərrəm Yusifov pay torpağına yol verilməsi, Seyfəddin Göyüşov kənd ümumi məktəbi üçün yeni bina tikilməsi, Ricay Göyüşov ailəsinə ÜSY təyin edilməsi, birdəfəlik maddi yardım göstərilməsi, pensiyaya çıxmasına köməklik göstərilməsi, Zakir Məstanov pay torpağının həmkəndlisi tərəfindən zəbt edilməsi, Məlahət Rəhimov həyətyanı torpaq sahəsi verilməsi, Telman Mustafayev əkininə suvarma suyu verilməməsi, pay torpağına gedən yolun zəbt olunması, Ramin Piriyev örüş yerinin bir hissəsinin həmkəndliləri tərəfindən zəbt edilməsi, Tahirə Göyüşova birdəfəlik maddi yardım göstərilməsi və müayinə üçün xəstəxanaya aparılması barədə müraciət etmişdir.  
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın və baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər