Şriftin ölçüsü :

Saytın rəngi :

09 avqust 2019-cu il tarixdə Bərdə rayonun 2019-cu ilin birinci yarımilində sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.

09 avqust 2019 | 16:00
Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və  qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri - cəmi  66 nəfər iştirak etmişdir.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə 2019-cu ilin birinci yarımilinin respublikamız üçün uğurlu olduğu kimi rayonumuz üçün də uğurlu olduğunu bildirmişdir.
6 ay ərzində rayon üzrə 216,4 milyon manatlıq ümumi məhsul, o cümlədən 8,3 milyon manatlıq sənaye, 121,1 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş,8,3 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 3,4 milyon manatlıq nəqliyyat xidməti, 0,7 milyon manatlıq informasiya və rabitə, 74,6 milyon manatlıq ticarət xidmətləri göstərilmişdir.
2018-ci ilin müvafiq dövrünə nisbətən rayon üzrə ümumi məhsul istehsalı 4,5 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 17,7  faiz, nəqliyyat xidməti 3,9 faiz, informasiya xidməti 7,5 faiz, ticarət xidmətləri 5,4 faiz artmışdır.
6 ay ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 105,6 faiz, xərcləri proqnozuna 94,1 faiz əməl edilmişdir. Müəssisə və təşkilatların mənfəət gəliri (93,4%), əlavə dəyər vergisi (93,4%) və torpaq vergisi (34,4%) istisna olmaqla bütün digər göstəricilər üzrə gəlirlər proqnozlarına tam əməl edilmişdir.
Rayonun bütün zəruri xərcləri tam icra edilmişdir.
Cari ilin birinci yarısında rayonumuz sürətlə inkişaf etmiş, Azərbaycan Respublikasının Prezidentinin 23 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra olunmuş, bir dırainfrastruktur layihələri həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə bütün respublikamız kimi rayonumuz da öz inkişafının yeni daha yüksək mərhələsini yaşamaqdadır.
Cari ilin birinci yarısında İmamqulubəyli kəndində  20 şagird yerlik, Nəcəfqulubəyli kəndində 56 şagird yerlik ibtidai, Böyük Qacar kəndində 96 şagird yerlik və Təhlə kəndində 80 şagird yerlik ümumi modul tipli məktəblər tikilmiş, “Azərxalça” ASC-nin “Regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi”, Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilmiş, dünya standartlarına cavab verən Peşə liseyi mərkəzinin,  Heydər Əliyv Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində şəhər 4 saylı tam orta məktbin tikintisinə başlanmışdır.
6 ay ərzində Ü.Hacıbəyov, Sənaye, S.Vurğun, Koroğlu, S.Zöhrabbəyov küçələrində 3300 metr səki tikilmiş, 62 ədəd 2 laqmpalı gecə işıqlandırma dirəkləri quraşdırılmış, 330 metr dəmir məhəccərli divar tikilmiş və ağlay daşla üzlənmiş, 3500 kv. metr sahə asfalt-betonla tikilmiş, 1400 kv. metr səkiyə tamet üzlük döşənmiş, 1000 metr hasar ağlay və qaya daşı ilə üzlənmiş, 700 kv. metr hasar suvanmış, 1300 kv. metr sahədə yaşıllıq zolağı salınmış, 250 ədəd ağac, 4000 ədəd gül kolu əkilmişdir.  
6 ayda  respublika əhəmiyyətli yolarda 7119 kv. metr dağılmış asfalt-betonla təmir edilmiş, 6198 kv. metr təhlükəsizlik xətləri, bardyor və piyada keçidləri boya ilə rənglənmiş, 272 ədəd siqnal dirəkləri basdırılmış, yollarda xidmət işləri aparılmışdır.
Yerli əhəmiyyətli yollarda 1381,5 kv. metr asfalt-betonla, 116314 kv. metr qum-çınqılla təmir işləri aparılmış, 1228 kv. metr təhlükəsizlik xətləri, bardyor və piyada keçidləri boya ilə rənglənmiş, 200 ədəd siqnal dirəkləri basdırılmış, yollarda xidmət işləri aparılmışdır.
Rayonun 5 inzibati ərazi dairəsində 15,4 km  kəndlərarası və kənd yolları asfaltlaşdırılmış, ( 8 km uzunluqda Lənbəran-Təhlə avtomobil yolunun, 2 km uzunluqda Saatlı kənd yolu, 1, 7 km uzunluqda Mirasəfli kənd yolu, 2 km uzunluqda İkinci Qaradəmirçi kənd yolu, Zümürxan-İmamqulubəyli-Çəmənli avtomobil yolunun 1,7 km uzunluqda hissəsi), 6 inzibati ərazi dairəsinin 23,3 kmuzunluqda  kəndlərarası və kənd yolları qum-çınqıl verilərək asfalt-betonla tikilmək üçün hazırlanmışdır.  (6 km uzunluqda Qarağacı-Mollagüllər avtomobil yolu, 5 km uzunluqda Mollalı kənd yolu, 3 km uzunluqda Şatırlı-Hacılı yolu, 3 km uzunluqda Bala Qacar-Qullar yolu, 4 km uzunluqda Kətəlparaq-Piyadalar yolu, 2 km uzunluqda Bəcirəvan kənd yolu, 1 km uzunluqda Qayalı kənd yolu, 3 km uzunluqda Bala Göyüşlü-Böyük Göyüşlü yolu, 2,3 km uzunluqda Zümürxan-İmamqulubəyli-Çəmənli yolu).
Əhalinin və iqtisadiyyatın fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün tədbirlər davam etdirilmişdir. 6 ay ərzində 35/10 kv-luq M.Ağalı yarımstansiyasında 10 kv-luq 4 saylı hava xəttinin qüsurlu xətt və şin ayrıcları yenisi ilə əvəz edilmiş, 10 kv-luq hava xətlərində 40 ədəd dayaq dəmir-beton dayaqla,  1970 metr AS-50 markalı kabellə, 193 ədəd qüsurlu izalyator, 35 ədəd qüsurlu traves, 0,4 kv-luq 10,5 km naqillər SİP kabellə əvəz edilmiş, 35/10 kv-luq yarımstansiyalarda 45 ədəd 10 kv-luq çıxış hava xəttinin yağ açarları cari təmir edilmiş, 235 ədəd 0,4 kv-luq metal dayaq, 9650 metr 4x35 markalı SİP kabel, 600 metr 4x16 markalı kabel çəkilmiş, 285 abonentə sayğac quraşdırılması üçün 3,65 km 2x10 markalı kabel çəkilmiş, 225 ədəd qüsurlu sayğac dəyişdirilmişdır. Hazırda rayon mərkəzi və 16 kəndin elektrik şəbəkəsi tam yenidən qurulmuş, elektrik xətləri kabelləşdirilmişdir.
Rayonda qazlaşdırma işləri də davam etdirilmiş, rayonun Məşədiibişli, Təhlə və Hacıəhmədli kəndlərinin qazlaşdırılması üçün layih-smeta sənədləri hazırlanmışdır və cari il ərzində icra ediləcəkdir. Bunlarla yanaşı Bərdə şəhərinin “Nar çiçəyi” adlanan yaşayış massıvindəki evlərin qazlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanmış, Bərdə şəhərinin bəzi hissələrində, Qarağacı, Cəyirli , Zümürxan kəndi ərazisində tikilmiş evlərin qazlaşdırılması üçün tədbirlər görülmüşdür. 
Bunlarla birlikdə qaz şəbəkəsində xidmət işləri davam etdirilmiş, 3560 p/metr müxtəlif diametrli qaz xətləri çəkilmiş, 4450 p/metr müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilmiş, 1020 ədəd diametrii 15 və 20 mm olan krantlar, 344 ədəd FQT quraşdırılmış, 2500 p/metr qaz xətləri boya ilə rənglənmiş, 1350 p/metr yeraltı xətlər yer üstünə çıxarılmışdır.
İlin ötən dövründə əhalinin ekologi cəhətdən saf su ilə təchizatının yaxşılaşdırılması üçün tədbirlər davam etdirilmiş, Nazırlı, Qazaxlar, Mehdili və Piyadalar kəndlərində içməli su üçün 4 ədəd subartezian quyusunun qazlıması və su şəbəkəsinin tikilməsi üçün layihə-smeta sənədləri hazırlanmış, Qazaxlar kəndində şəbəkənin tikintisinə başlanmışdır.
    Bunlarla yanaşı, rayon mərkəzində su şəbəkəsinin işlək vəziyyətdə saxlanılması üçün 1 ədəd subartezian quyusunun dərinlik nasosu yenisi ilə əvəz edilmiş, 35 ədəd subartezian quyusunun avadanlıqları əsaslı təmir edilmiş, 201 abonentə su sayğacı quraşdırılmış, müxtəlif giametrli664 p/metr su xətləri çəkilmişdir.
Rayonda rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər davam etdirilmiş, 6 ay ərzində 18,02 km optik kabel çəkilmiş, 126 yeni dərək basdırılmış, 7 kənddə rabitə xətləri yenidən qurulmu və 8,0 km hava xətləri əsaslı təmir edilmiş, 6 quyu tikilib istifadəyə verilmiş, 5 yeni abunə qutusu quraşdırılmış, 512 portluq DSLAM avadanlıqları quraşdırılmış,  183 evə telefon çəkilmiş, 515 abonentə internet verilmişdir.
Çoxmərtəbəli yaşayış binalarının  təmiri işləri də davam etdirilmiş,  H.Əliyev prospekti 5 və 112a nömrəli, Ü.Hacıbəyov küçəsi 1, 43 və 47 nömrəli 5 mərtəbəli, S.Vurğun küçəsi 4, 5 və 18 nömrəli, H.Əliyev prospekti 1, 2 və 12 saylı 2 mərtəbəli kommunal binalarda cari təmir işləri aparılmışdır.
Dövlət  tərəfindən göstərilən diqqət və qayğı sayəsində hazırda 17,9 min nəfər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 6 ay ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 2,9 faiz artmışdır.
Rayona özəl investisiya qoyuluşu və özünüməşğulluğun təmin edilməsi üçün tədbirlər görülməsi, iri fermer təsərrüfatlarının dəstəklənməsi davam etdirilmişdir. Yarım il ərzində 45 nəfər özünəməşğulluq proqramına cəlb edilmişdir.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredi təşkilatları tərəfindən 2019-cu ilin birinci yarısında 38 sahibkara 607,8 min manat güzəştli kredit verilərək 59 yeni iş yerinin yaradılmasına şərait yaradılmışdır. Proqramın əvvəlindən 3163 sahibkara 75,8 mln. manat güzəştli kreditlər verilmiş, bu hesaba 5918 yeni iş yerləri yaradılmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 6 ay  ərzində 1003-ü daimi olmaqla 2754 yeni iş yerləri açılmışdır. Yeni açılmış iş yerlərinin 996-sı fiziki şəxslərdə, 1756-sı digər layihələrin,mövsümi və abadlıq işlərinin həyata keçirilməsində yaradılmışdır. 
Dövlət Proqramları qəbul olunandan indiyədək 78771 yeni iş yerləri açılmışdır ki, bunun da 22273-ü daimi iş yerləridir. 
Cari ilin ötən dövründə bütün respublikamızda olduğu kimi rayonumuzda da Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə prioritet istiqamətlərdə tədbirlər davam etdirilmişdir.
Pambıqçılığın, baramaçılığın inkişafının sürətləndirilməsi, şəkər çuğunduru əkinlərinin çoxaldılması, məhsuldarlığın artırılması üçün tədbirlər görülür, pambıq zavodlarının, regional “Aqroservis” mərkəzinin yeni kənd təsərrüfatı texnikaları ilə təchizatı davam etmişdir. Pambıq əkini üçün ən məhsuldar torpaqlar seçilmişdir. 
6 ay ərzində rayonda 121,1 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövründəkindən 17,7 faiz çoxdur.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında 18 ədəd subartezian quyusu qazılmışdır (Xanxanımlı kəndində 1 ədəd, Şirvanlı kəndində 2 ədəd, Soğanverdilər kəndində 1 ədəd, Lək kəndində 2 ədəd, Əmirli kəndində 1 ədəd, Xanərəb kəndində 1 ədəd, Mirzalıbəyli kəndində 2 ədəd, Kürdborakı kəndində 1 ədəd, Qaradağlı kəndində 1 ədəd, İkinci Hacallı kəndində 2 ədəd, Şərəfli kəndində 1 ədəd, Piyadalar kəndində 1 ədəd, Qurdlar kəndində 1 ədəd, Yeni Daşkənd kəndində 1 ədəd).
Hesabat dövründə cari ilin məhsulu üçün keçən ilin payızında əkilmiş 9041 hektar buğda, 2601 hektar dənlik arpa, 612 hektar kələm, 460,5 hektar baş soğan, 30,5 hektar sarımsaq, 2493,2 hektar təzə yonca, 1146 hektar xəsil arpası əkinləri aqrotexniki qaydada becərilməsi təmin edilmişdir.
Rayonda yazlıq əkinlərin optimal müddətdə aparılması üçün tədbirlər görülmüş, 10140 hektar sahədə, keçən ildəkindən 510 hektar çox sahədə pambıq, 91 hektarda dən üçün qarğıdalı, 205 hektarda şəkər çuğunduru, 197 hektarda dən üçün günəbaxan, 121 hektarda kartof, 96 hektarda xiyar, 53 hektarda pomidor, 721 hektarda kələm, 729 hektarda baş soğan, 545 hektarda digər tərəvəz məhsulları, 291 hektarda bostan bitkiləri, 2560 hektarda təzə yonca əkilmişdir.
Bu ilki yazlıq əkinlərin hamısı əvvəlcədən hazırlanmış və arat edilmiş torpaqlarda əkilmişdir. 
Tarlalardan 40052 ton buğda, 10118 ton arpa yığılmış, buğdanın hər hektardan məhsuldarlığı 44,3 sentner, arpanın məhsuldarlığı 38,9 sentner olmuşdur.
İlin birinci yarısında 34267 ton tərəvəz, 1262 ton kartof, 1089 ton bostan məhsulları istehsal edilmişdir.
Pambıqçılığın inkişaf etdirilməsi üçün həyata keçirilmiş tədbirlər nəticəsində 2015-ci ilə nisbətən  2018-ci ildə pambıq əkini sahəsi 8 dəfə, pambıq istehsalı 8,5 dəfə artmışdır.
Pambıq əkinlərinin məhsuldarlığına görə hər il rayonumuz respublikada ön sırada olmuş, bu il də ön sırada olmasına əminəm. Əminəm ki, bu il fermerlərimiz pambıqçılıqdan daha çox gəlir götürəcəklər.
Bu gün əsas vəzifə əkinlərin aqrotexniki qaydada becərilməsi, suvarma suyu ilə təchizatın təminidir. Bütün qüvvələr məhz buna səfərbər edilməlidir.
Kənd təsərrüfatı sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində 2015-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı rayon iqtisadiyyatının 40 faizini təşkil edirdisə,  hazırda bu göstərici 48  faizə yüksəlmişdir. Həmin dövrdə rayonda ümumi məhsul istehsalı 41,7 faiz artdığı halda, kənd təsərrüfatı məhsulları istehsalı 53,3 faiz artmışdır.
2018-ci ildə kənd təsərrüfatının müxtəlif sahələri üzrə 35 min nəfərədək əhalinin məşğulluğu təmin edilmişdir. 
Hesabat dövründə cari ilin məhsulu üçün keçən ilin payızında əkilmiş 9041 hektar buğda, 2601 hektar dənlik arpa, 612 hektar kələm, 460,5 hektar baş soğan, 30,5 hektar sarımsaq, 2493,2 hektar təzə yonca, 1146 hektar xəsil arpası əkinləri aqrotexniki qaydada becərilməsi təmin edilmişdir.
Rayonda yazlıq əkinlərin optimal müddətdə aparılması üçün tədbirlər görülmüş, 10140 hektar sahədə, keçən ildəkindən 510 hektar çox sahədə pambıq, 91 hektarda dən üçün qarğıdalı, 205 hektarda şəkər çuğunduru, 197 hektarda dən üçün günəbaxan, 121 hektarda kartof, 96 hektarda xiyar, 53 hektarda pomidor, 721 hektarda kələm, 729 hektarda baş soğan, 545 hektarda digər tərəvəz məhsulları, 291 hektarda bostan bitkiləri, 2560 hektarda təzə yonca əkilmişdir.
Bu ilki yazlıq əkinlərin hamısı əvvəlcədən hazırlanmış və arat edilmiş torpaqlarda əkilmişdir. 
Tarlalardan 40052 ton buğda, 10118 ton arpa yığılmış, buğdanın hər hektardan məhsuldarlığı 44,3 sentner, arpanın məhsuldarlığı 38,9 sentner olmuşdur.
İlin birinci yarısında 44267 ton tərəvəz, 1262 ton kartof, 1089 ton bostan məhsulları istehsal edilmişdir.
Pambıqçılığın inkişaf etdirilməsi üçün həyata keçirilmiş tədbirlər nəticəsində 2015-ci ilə nisbətən  2018-ci ildə pambıq əkini sahəsi 8 dəfə, pambıq istehsalı 8,5 dəfə artmışdır.
Pambıq əkinlərinin məhsuldarlığına görə hər il rayonumuz respublikada ön sırada olmuş, bu il də ön sırada olmasına əminəm. Əminəm ki, bu il fermerlərimiz pambıqçılıqdan daha çox gəlir götürəcəklər.
Bu gün əsas vəzifə əkinlərin aqrotexniki qaydada becərilməsi, suvarma suyu ilə təchizatın təminidir. Bütün qüvvələr məhz buna səfərbər edilməlidir.
Kənd təsərrüfatı sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində 2015-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı rayon iqtisadiyyatının 40 faizini təşkil edirdisə,  hazırda bu göstərici 48  faizə yüksəlmişdir. Həmin dövrdə rayonda ümumi məhsul istehsalı 41,7 faiz artdığı halda, kənd təsərrüfatı məhsulları istehsalı 53,3 faiz artmışdır.
2018-ci ildə kənd təsərrüfatının müxtəlif sahələri üzrə 35 min nəfərədək əhalinin məşğulluğu təmin edilmişdir. 
Hesabat dövründə heyvan xəstəliklərinin qarşısının alınması üçün 94648 baş iri buynuzlu, 140132 baş xırda buynuzlu, 1325 baş tək dırnaqlı heyvanlar qarayara, 94669 baş iri buynuzlu, 137805 baş  xırda buynuzlu və 16164 baş cavan iri buynuzlu heyvanlar dabaq, 97627 baş iri buynuzlu heyvanlarda nodulyar dermatit, 3578 baş iri buynuzlu heyvanlarda bruselyoz, 26164 baş iri buynuzlu heyvanlarda leptospiroz, 140678 baş xırda buynuzlu heyvanlarda çiçək, 947902 baş quşlar taun xəstəliyinə qarşı “La-sota” vaksini ilə, 479091başda nyukasl H vaksini, 7693 baş itlər quduzluq xəstəliyinə qarşı peyvənd edilmişdir.
Bunlarla yanaşı 490 baş iri buynuzlu heyvanlar vərəm xəstəliyinə qarşı müayinə aparılmış, xəstə heyvan aşkar edilməmişdir. Həmçinin 6 ay ərzində 1018 baş iri buynuzlu və 92 baş xırda buynuzlu heyvanlarda aparılan müayinə nəticəsində 27 baş iri buynuzlu və 29 baş xırda buynuzlu heyvanlarda bruselyoz xəstəliyi aşkar edilərək göstərilən heyvanlar təsərrüfatdan çıxardılaraq zərərsizləşdirilmişdir.
Rayona gətirilmiş cins heyvanlar profilaktiki peyvənd və müayinəyə cəlb edilmiş, 120888 kv. metr ərazi profilaktiki, 1396 kv. metr ərazi məcburi dizinfeksiya edilmişdir.
Görülmüş tədbirlərə baxmayaraq 6 ay ərzində 1018 baş iri buynuzlu və 68 baş xırda buynuzlu heyvanlarda brusellaz xəstəliyi aşkar edilib müvafiq tədbir görülmüşdür. .
6 ay ərzində 3215 baş iri buynuzlu heyvan süni mayalandırılmış, süni mayalandırılmış heyvanlardan 2349  baş sağlam bala alınmışdır.
6 ay ərzində diri çəkidə 9,9 min ton ət, 39,3 min ton süd, 16,2 milyon ədəd yumurta istehsal edilmişdir. 2018-ci ilin müvafiq dövrünə nisbətən  ət istehsalı 5,1 faiz, süd istehsalı 2,7 faiz, yumurta istehsalı 5,6 faiz artmışdır. 
Rayonda barama istehsalının artırılması üçün tədbirlər davam etdirilmişdir. Çəkil və tinlərə aqrotexniki qaydada xidmət göstərilmiş, kümxanalar təmizlənmiş və təmir edilmiş, 1000 qutu, keçən ildəkindəntəqribən 2 dəfə çox ipək qurdu gətirilmiş, 330 kümçüyə çatdırılmışdır. Havaların baramaçılıq üçün münasib keçməməsinə baxmayaraq 36,6 ton və ya keçən ildəkindən 49,4 faiz çox barama istehsal edilmişdir. Baramaçılıq sahəsində 1422 nəfər məşğul olmuşdur.
“Əmək pensiyalarının baza hissəsinin və Dövlət qulluqçularının pensiyalarının artırılması və sığorta hissəsinin indeksləşdirilməsi haqqında”
Azərbaycan Respublikasınının Prezidentinin Sərəncamının icrası vaxtında təmin edilmiş, 6 ay ərzində 19389 nəfərin pensiyalarında olan artımlar pensiyaçılara çatdırılmışdır.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2019-cu il tarixli Sərəncamı ilə 11930 nəfəriin müavinət və təqaüdü 832679 manat, 27 fevral tarixli Sərəncamı ilə 5570 nəfərin əmək pensiyası 54800 manat artmışdır.
Həmçinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2019-cu il tarixli Sərəncamı ilə rayonda müvəqqəti məskunlaşmış 25000 nəfərin müavinəti 500 min manat artmışdır.
Bunlarla yanaşı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 100-lərlə sakinimiz bank kreditlərindən azad edilməklə yanaşı əlavə vəsait əldə etmişlər.
Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə təkcə Bərdə rayonunda 52869 nəfərdən çox əhali göstərilən Sərəncamlardan yararlanmış, həyat səviyyəsi yüksəlmişdir.
Pay torpağı olan 318 nəfər qeydiyyata götürülmüşdür.
6 ay ərzində 280 nəfərə pensiya işi təyin edilmişdir.
İkinci rübün sonuna rayonda 1 nəfərə 47,15 manat olmaqla 3295 nəfərdən ibarət 1197 aztəminatlı ailəyə ünvanlı sosial yardım verilir.
Rayonda təqaüdlər və bütün növ müavinətlər mövcud bankomatlar vasitəsilə vaxtlı-vaxtında ödənilmişdir.
İmtiyazlı təbəqəyə aid şəxslərin mənzil növbəliliyi, işləməyən əhalinin uçotu mövcud qanun əsasında aparılması davam etdirilmişdir.
Bunlarla yanaşı cari ildə 20 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evləri tikintisi üçün layihələndirmə işləri aparılmış və bu yaxınlarda işə başlanacaqdır.
Azərbaycan Respublikasının Prezidentinin 07 aprel 2016-cı il tarixli sərəncamı əsasında 6 ay ərzində 45 nəfər özünəməşğulluq proqramına cəlb edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə cari ilin ötən dövründə rayonda 480 nəfərin ictimai işlərə cəlb edilməsi təmin edilmiş, onların 49 yerdə işləri təşkil olunmuşdur. Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya tərəfindən işçilərin dislokasiya yerində işlərinin təşkilinə, əmək intizamının qorunmasına daimi nəzarət təşkil edilmiş, komissiya üzvləri iş yerlərinə təhkim olunmuşlar. 
Bunlarla yanaşı “Sokar” şirkətində 124, Ağdam qaz ixracı idarəsində 5,  Azərenerji ASC-də 8 və Azərişıq ASC-də 50, Nəqliyyat müəssisəsində 1 nəfər işlə təmin olunmuşlar.
Təkcə bu hesaba rayonda 668 nəfər işlə təmin edilmişdir.
Hesabat dövründə rayonda gənclərin peşə hazırlığına cəlb edilməsi daima diqqət mərkəzində saxlanılmış, 24 ümumtəhsil məktəbində müvafiq tədbirlər keçirilmiş, şagirdlərə əmək bazarı barədə məlumatlar verilmişdir.
Rayonda bütün infrastrukturu olan 1000 yerlik  Bərdə Peşə Liseyinin tikilməsi gənclərin peşə hazırlığına böyük təkan verəcəkdir. 
Əhalinin məşğulluğunun təmini sahəsində işlər bundan sonra da davam etdirilməlidir. 
6 ay ərzində sığorta sahəsində işlər davam etdirilmiş, 45,9 min manat  sığortalama işləri aparılmış, proqnoza 51 faiz əməl edilmişdir. Sakinlərin əmlak və mülklərinin, qəzalardan sığortalanması üçün bundan sonra da ardıcıl tədbirlər davam etdirilməlidir. 
Rayonda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə daima əlaqə saxlanılılır, onların kompakt yaşadıqları yerlərdə vaxtaşırı görüş-qəbullar keçirilir, qaldırılan məsələlərin yerindəcə həll edilir. Məcburi köçkünlərin dövlət tərəfindən verilmiş bütün imtiyazlardan istifadə etmələri, humanitar təşkilatlar tərəfindən edilən yardımların onlara çatdırılması təmin edilir.
Hesabat dövründə rayonun ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilmiş, rayonun Gərənə kəndi ərazisində hündürmərtəbəli binalardan ibarət 1800 ailəlik yaşayış məhəlləsinin tikilməsi üçün layihə-smeta sənədlərinin hazırlanması, 20 hektar torpaq sahəsi ayrılması üçün tədbirlər davam etdirilmişdir.
Sakinlərin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması üçün hər həftənin şənbə və bazar günlərində bazar qiymətlərindən 15-20 faiz aşağı qiymətə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkaları təşkil edilmişdir.
6 ay ərzində 35/10 kv-luq M.Ağalı yarımstansiyasında 10 kv-luq 4 saylı hava xəttinin qüsurlu xətt və şin ayrıcları yenisi ilə əvəz edilmiş, 10 kv-luq hava xətlərində 40 ədəd dayaq dəmir-beton dayaqla,  1970 metr AS-50 markalı kabellə, 193 ədəd qüsurlu izalyator, 35 ədəd qüsurlu traves, 0,4 kv-luq 10,5 km naqillər SİP kabellə əvəz edilmiş, 35/10 kv-luq yarımstansiyalarda 45 ədəd 10 kv-luq çıxış hava xəttinin yağ açarları cari təmir edilmiş, 235 ədəd 0,4 kv-luq metal dayaq, 9650 metr 4x35 markalı SİP kabel, 600 metr 4x16 markalı kabel çəkilmiş, 285 abonentə sayğac quraşdırılması üçün 3,65 km 2x10 markalı kabel çəkilmiş, 225 ədəd qüsurlu sayğac dəyişdirilmişdır. Hazırda rayon mərkəzi və 16 kəndin elektrik şəbəkəsi tam yenidən qurulmuş, elektrik xətləri kabelləşdirilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində əhali və iqtisadiyyatın fasiləsiz olaraq elektrik enerjisi ilə təchizatı təmin edilmiş, istehlak olunmuş enerjinin haqqı 93,2 faiz ödənilmişdir.
Bunlarla yanaşı yaşayış məntəqələrinin elektrik şəbəkələrinin yenidən qurulması, 110/35/10  kv-luq Bəcirəvan elektrik yarımstansiyasının rekonstruksiya və genişləndirilməsi üçün tədbirlər həyata keçirilir. 
Şəbəkədə xidmət işləri ilə yanaşı rayonun Məşədiibişli, Hacıəhmədli və Təhlə kəndlərinin qazlaşdırılması, Əliyanlı kəndi yaxınlığında yeni yaşayış məhəlləsinin, Qarağacı və Zümürxan kəndləri ərazisində məcburi köçkünlərin yaşadıqları əraziyə təbii qaz verilməsi üçün işlər davam etdirilmişdir.
6 ay ərzində 3560 p/metr müxtəlif diametrli qaz xətləri çəkilmiş, 4450 p/metr müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilmiş, 1020 ədəd diametrii 15 və 20 mm olan krantlar, 344 ədəd FQT quraşdırılmış, 2500 p/metr qaz xətləri boya ilə rənglənmiş, 1350 p/metr yeraltı xətlər yer üstünə çıxarılmışdır
728 qəza çağırışı icra olunmuşdur.
İstehlak edilmiş qazın dəyəri 106,1 faiz, o cümlədən əhali üzrə 120,0 faizi, qeyri əhali üzrə 62,0 faizi ödənilmişdir.
İlin ötən dövründə əhalinin ekologi cəhətdən saf su ilə təchizatının yaxşılaşdırılması üçün tədbirlər davam etdirilmiş, Nazırlı, Qazaxlar, Mehdili və Piyadalar kəndlərində içməli su üçün 4 ədəd subartezian quyusunun qazlıması və su şəbəkəsinin tikilməsi üçün layihə-smeta sənədləri hazırlanmış, Qazaxlar kəndində şəbəkənin tikintisinə başlanmışdır.
    Bunlarla yanaşı, rayon mərkəzində su şəbəkəsinin işlək vəziyyətdə saxlanılması üçün 1 ədəd subartezian quyusunun dərinlik nasosu yenisi ilə əvəz edilmiş, 35 ədəd subartezian quyusunun avadanlıqları əsaslı təmir edilmiş, 201 abonentə su sayğacı quraşdırılmış, müxtəlif giametrli 664 p/metr su xətləri çəkilmiş, 34 ədəd su krantları yenisi ilə əvəz edilmişdir..
Həyata keçirilmiş tədbirlər nəticəsində istehlak edilmiş içməli suyun dəyəri 91,2 faiz ödənilmişdir.
6 ay ərzində əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər davam etdirilmişdir.
18,02 km optik kabel çəkilmiş, 126 yeni dərək basdırılmış, 7 kənddə rabitə xətləri yenidən qurulub və 8,0km hava xətləri əsaslı təmir edilib, 6 quyu tikilib, 5 yeni abunə qutusu quraşdırılıb, 512 portluq DSLAM avadanlıqları quraşdırılıb,  183 evə telefon çəkilmiş, 515 abonentə internet verilib,
6 ay ərzində Telekommunikasiya qovşağında gəlir proqnozuna tam, əhaliyə poçt xidməti proqnoza 94,2 faiz əməl edilmişdir.
Hazırda hər 100 ailəyə 48,2 ədəd telefon düşür, abunəçilərin  55,06 faizi ADSL istifadəçisidir.
Hesabat dövründə rayon mərkəzində 65 küçə və meydanların 371 min kv. metr sahəsi müntəzəm süpürülür, küçə və meydanlar 51,1 min kub metrdən çox məişət tullantılarından və 14,1 min tondan çox çirkab sularından təmizlənmişdir. Mərkəzi zibilxanada məişət tullantılarının işlənilməsi davam etdirilmişdir. 
Çoxmərtəbəli yaşayış binalarının  təmiri işləri də davam etdirilmiş,  H.Əliyev prospekti 5 və 112a nömrəli, Ü.Hacıbəyov küçəsi 1, 43 və 47 nömrəli 5 mərtəbəli, S.Vurğun küçəsi 4, 5 və 18 nömrəli, H.Əliyev prospekti 1, 2 və 12 saylı 2 mərtəbəli kommunal binalarda cari təmir işləri aparılmışdır. Həmçinin H.Əliyev prospekti 112a, 151, K.Cabbarov küçəsi 5, 8 və Bakı küçəsi 7, Ü.Hacıbəyov küçəsi 47 ünvanlarda yerləşən 5 mərtəbəli yaşayış binalarının zirzəmiləri təmizlənmi, 49,2 min kv. metr ərazilərin süpürülməsi, 10,16 min kub metr məişət tullantılarının, 3480 kub metr çirkab sularının daşınması təmin edilmişdir.
Mənzil Təmir İstismar sahəsi üzrə gəlir proqnozuna 97,1 faiz əməl edilmişdir.
6 ay ərzində İmamqulubəyli kəndində 20 şagird yerlik,  Nəcəfqulubəyli kənfinfə 56 şagird yerlik modul tipli ibtidai, Böyük Qacar kəndində 96 şagird yerlik  və Təhlə kəndində 80 şagird yerlik ümumi, Lək kəndində Ağdam köçkün 65 saylı tam orta məktəbi üçün  modul tipli məktəblər tikilmiş, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 624 şagir yerlik şəhər tam orta məktəbinin tikintisinə başlanmışdır. 
Fənn olimpiadalarının rayon mərhələsində 9 fənn üzrə iştirak etmiş IX-XI sinif şagirdləri arasından 72 nəfər şagird zona mərhələsinə vəsiqə qazanmışdır ki, bu da ötən ildəkindən 21 nəfər çoxdur.
Resbublika mərhələsinə vəsiqə qazanan 7 nəfər şagirddən 5 nəfəri;- şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Muradov Təhmin Hidayyət oğlu biologiya fənnindən qızıl medala, Şahvəllilər kənd tam orta məktəbin IX  sinif şagirdi Babayev Hüseyn Akif oğlu kimya  fənnindən, Bəcirəvan kənd tam orta məktəbin IX sinif şagirdi İmanov Hümbət Əlzamin oğlu coğyafiya fənnindən gümüş medala, şəhər 6 nömrəli tam orta məktəbin XI sinif şagirdi Məcidzadə Mirdamət Rəhim oğlu biologiya fənnindən, ak.Z.Əliyeva adına texniki fənnlər təmayüllü məktəbin XI sinif şagirdi Həsənli Şəbnəm Xaliq qızı Azərbaycan dili və ədəbiyyat fənnindən bürünc medala layiq görülmüşlər.
Həmçinin Beynəlxalq rus dili və ədəbiyyatı olimpiadiasında şəhər 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Qurbanov Zakir, VII sinif şagirdləri Quliyev Rəvan, Hüseynov Fuad olimpiadianın qalıbi olmişlar.

2018-2019-cu dərs ilinin yekunlarına əsasən rayon məktəblilərinin  “4” və “5” qiymətlə oxuyan şagirdləri 75% təşkil etmişdir.
Ümumtəhsil məktəblərinin IX sinfində 1694 nəfər şagird buraxılış imtahanlarında iştirak etmiş, onlardan 16 nəfəri fərqlənmə atestatı almış, XI sinifində təhsil alan 1145 nəfər şagirddən 3-ü qızıl medalı, 26 nəfəri fərqlənmə atestatı almışdır.
Məzunların 810 nəfəri və ya 75 faizindən çoxu ali məktəblərə qəbul olmaq üçün sənəd vermişdir. Sənəd verənlərin 608 nəfəri keçid balını toplamışlar. Bu il 107 nəfər 500-dən yuxarı, o cümlədən  72 nəfər 500-dən, 35 nəfər 600-dan yuxarı bal toplamışdır.
6 ay ərzində 110 həkim və 36 orta tibb işçisi ixtisasartırma kurslarından keçmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 11 fevral 2019-cu il tarixdən 12 may 2019-cu il tarixədək əhalinin tibbi müayinəsinin keçirilməsi ilə əlaqədar indiyədək 172 idarə, müəssisə və təşkilatların işçiləri və 110 yaşayış məntəqələrinin sakinləri daxil olmaqla 134474 nəfər tibbi müayinədən keçmiş, müayinənin nəticəsi ilə əlaqədar 513 nəfər ambulator, 180 nəfər stosionar müalicəyə cəlb edilmiş, 139 nəfər müayinə və müalicə üçün ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişdir. Uşaqların tibbi müayinəsi davam etdirilir.
Yarım il ərzində səhiyyə müəssisələri tərəfindən 233 nəfər diabetli, 92 nəfər yeni törəməli, 10 nəfər böyrək çatışmazlığı, 74 nəfər vərəmli xəstə aşkar edilmişdir.
Hazırda vərəmli xəstələrdən 24 nəfəri “DOTS müsbət” proqramı ilə müalicə olunur.
6 ayda 1153 nəfər hamilə qadın tibbi nəzarətə götürülmüş, 1543 diri uşaq doğulmuşdur.
Yarım il ərzində ərzində 1428 cərrahi əməliyyatı, o cümlədən 248 təxirəsalınmaz cərrahi əməliyyat aparılmışdır.
Xəstələrin ərzaq məhsulları təmini üçün tədbirlər görülmüş, 6 ay ərzində ərzində 93,4 min manatlıq ərzaq məhsulları alınmışdır.
Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevın təşəbbüsü ilə keçirilən növbəti 7-ci televiziya muğam müsabiqəsində zona turu keçirilmiş, bu müsabiqədə 4 nəfər bərdəlinin müsabiqənin 2-ci turunda iştirak etmək hüququ qazanmışdır.
Mədəniyyət xadimlərimiz Xalq teatrı III Respublika turunda, “Bölgələrdən bölgələrə” II yardıcılıq festivalında, musiqi məktəblərinin şagirdləri xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində müvəffəqiyyətləçıxış edərək rayonumuzu təmsil etmişlər.
Rayonun mədəniyyət müəssisələrində məşhur Azərbaycan şairi Nəsiminin yubleyi ilə əlaqədar çoxsaylı tədbirlər keçirilmişdir.
Turizm İnformasiya Mərkəzində xalqımızın və dövlətimizin tarixində əlamərdar günlərə həsr edilmiş tədbirlərlə yanaşı əhalinin turizmə təşviq edilməsi üçün maarifləndirici tədbirlər görülmüşdür.
6 ay ərzində yeniyetmə və gənclərlə, idmanla bağlı 39 tədbir keçirilmiş, bu tədbirlərdə 3784 nəfər iştirak etmişdir.
“Şahin” hərbi-idman oyunun rayon birinciliyi yarışları keçirilmiş, birinci yeri tutmuş Yeni Daşkənd kənd tam orta məktəbinin komandası Goranboy rayonunda keçirilən zona mərhələsində II yeri tutaraq respublika mərhələsinə vəsiqə qazanmışdır.
6 aydan rayonun idmançıları müxtəlif nominasiyalı respublika,  Beynəlxalq yarışlarında uğurla çıxış etmiş, 16 qızıl, 22 gümüş və 18 bürünc olmaqla 56 medal qazanmışlar. Rayon idmançılarının rayon İcra Hakimiyyətinin başçısı ilə görüşü olmuş, nailiyyətləri olan idmançılar mükafatlandırılmışdır.
6 ayda  rayon ərazisində 164 cinayət hadisəsi qeydə alınmışdır. Həmin cinayətlərdən 156 hadisə, yəni 95,3 %-i açılmış, 1 hadisə bağlı qalmışdır. Baş vermiş cinayətlərin yalnız 9,7 faizi ağır və xüsusilə ağır cinayət olmuşdur. Baş vermiş cinayətlərin sayı keçən ilin müvafiq dövrünə nisbətən 9,3 faiz azalmışdır.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar aparılmış mübarizə nəticəsində 6 ay ərzində 7-si satış, 13-ü qanunsuz olaraq narkotik vasitələri saxlamaq, 3 fakt narkotik vasitələri əkib-becərmək olmaqla ümumilikdə 22 fakt aşkar edilmişdir.
Qeyd edilən faktlar üzrə 4 kq 741,411 qram çəkidə müxtəlif növ narkotik vasitələr dövrüyyədən çıxarılmışdır.
Hüquqi biliklərin təbliği, narkotiklərlə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində rayonda çoxsaylı tədbirlər keçirilmişdir.
Rayonda dini radikalizmlə mürarizə sahəsində işlər davam etdirilmiş, bu məqsədlə müxtəlif mövzularda çoxsaylı tədbirlər keçirilmişdir.
6 ay ərzində rayon İcra Hakimiyyəti başçısı aparatına 1013  ədəd, dövlət orqanlarından 652 ədəd müraciət daxil olmuş, bütün müraciətlərə vaxtlı-vaxtında baxılması təmin edilmişdir.
6 ay ərzində rayon İcra Hakimiyyəti başçısı aparatında  8567 nəfər, o cümlədən rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 1824  nəfər qəbul edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 24 qəbul-görüşü keçirilmiş, bu qəbul görüşlərdə 2450 nəfər iştirak etmiş, 207 nəfərin müraciəti dinlənilmişdir. Yerlərdə keçirilən görüş-qəbullarda rayonun rəhbərlərinin və xidmət təşkilatlarının rəhbərlərinin, ərazidə yaşayan sakinlərin bütün zümrələrinin iştirakının təmini üçün tədbirlər görülmüş, iştirakçıların tam dinlənilməsi üçün şərait yaradılmışdır. Vətəndaşların müraciətləri əsasında tədbirlər görülmüş, aidiyyatı izahatlar verilmiş, vətəndaşlara hüquqi yardımlar göstərilmişdir. Müraciətlər barədə verilmiş göstərişlərin icrası təmin edilmişdir.
Yığıncaqda  Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin sədri Vidadi Kərimov, Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vüqar İsmayılov çıxış etmişlər.
   Yığıncaq  Bərdə rayonun 2019-cu ilin birinci yarımilində sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabatı üzrə müvafiq qərar qəbul etmişdir.
 

Keçidlər