Şriftin ölçüsü :

Saytın rəngi :

Yerli Ağalı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.

15 avqust 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə ölkə başçının verdiyi tapşırıqları barədə ətraflı məlumat verdi, respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, xalqımızın həyat şəraitinin yüksəldilməsinə göstərdiyi müsbət təsirdən, ölkə iqtisadiyyatının sürətlə inkişafından danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirmişdir. Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, icra edilən layihələrdən söz açmış, bildirmişdir ki, Azərbaycan dövləti daima xalqın yanındadır.
Son illər Mollalı-Yerli Ağalı-Məşədiibşli kəndlərarası 9 km, 8 km kənddaxili yolları qum-çınqılla əsaslı təmir edilmiş, kənd yüksək sürətli internetlə təmin edilmişdir.
Kənddə pambıqçılığın və baramaçılığın inkişafı üçün tədbirlər həyata keçirilmiş, 2018-ci ildə 40 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 35 sentner olmaqla 140 ton pambıq istehsal edilmiş, 2019-cu ildə 88 hektar pambıq əkilmişdir. Son illər kənddə 500 ədəd Çindən gətirilmiş çəkil ağacı əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Əjdər Əkbərov Kəndin baş yolunun asfaltlaşdırılması, Xosrov Əhmədov elektrik dirəklərinin qəzalı vəziyyətdə olması, Sahib Mehdiyev Kənddə ibtidai sinif üçün məktəb binası inşa edilməsi, Zaur Musayev qarabağ əlili kimi Mənzillə təmin olunması, Eldar Mustafayev pay torpağının şoran yerdə olmasına görə digər yerdən istifadəsi üçün torpaq verilməsi barədə müraciət etmişdir.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, Prezidentin əhalinin sosial müdafiəsi üçün gördüyü tədbirlərə görə  Respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər