Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.

05 sentyabr 2019 | 16:00
 Tədbirdən öncə tələbə adı  qazanmış gənclərdən  bir qrupu ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq ehtiramlarını bildirmişlər.
            Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev başda olmaqla rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, İcra nümayəndələri, ziyalılar, valideynlər və bu il ali məktəbə qəbul olunmuş tələbələr iştirak etmişlər.
Tədbir başlamamışdan öncə Akademik Z.Əliyeva adına texmiki fənlər təmayüllü məktəb- liseyin  şagirdləri tələbə adını qazanmış gəncləri kompozisiya ilə təbrik etmişlər.
            Tədbiri rayon  İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya açmış, təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışmışdır. Bildirmişdir ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Respublikamızın digər bölgələrində olduğu kimi, Bərdə rayonunda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayon üzrə ali məktəblərə daxil olanların sayı ildən-ilə artır.
            Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tədbirdə çıxış etmişdir.  Bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün fəaliyyəti dövründə  təhsilə çox böyük önəm vermişdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə  bu gün uğurla davam etdirilir.  Daha sonra bildirmişdir ki, Bərdə rayonunda bu il attestat alan məzunların sayı  1145 nəfərolmuş, onlardan 3 nəfər “Qızıl medal”, 2 nəfər “Gümüş medal”, 26 nəfər fərqlənmə, 1119 nəfəri adi attestat almışdır. ali məktəbə sənəd verən məzunların sayı 810 nəfər  olmuşdur. Onlardan 561 nəfəri ali məktəblərə qəbul olunmuşdur.   Ali məktəbə qəbul olunanlardan 500-dən yuxarı bal toplayan 81 nəfər,  600-dən yuxarı bal toplayan 34 nəfər olmuşdur. Ali məktəbə qəbul imtahanlarında iştirak edənlərdən 184 nəfər keçid balı toplayaraq orta ixtisas məktəblərinə qəbul olunmuşlar.    Rayonun bütün məktəblərində ali və orta ixtisas məktəblərinə qəbul olmuşdur, qəbulu olmayan məktəbimiz yoxdur.  Rayonun builki məzunların 89 (ötən il 92) nəfər Bakı Dövlət Universitetinə qəbul olunmuşlar. 25 nəfər Azərbaycan Tibb Universitetinə qəbul olunmuşlar. 17 nəfər hərbi məktəblərə qəbul olunmuşlar. Şəhər 8 nömrəli tam orta məktəbin humanitar təmayüllü sinfin 27 nəfər məzununun hamisi ali məktəblərə qəbul olunmuşlar.
Tədbirdə rayon Təhsil şöbəsinin müdiri, respublikanın Əməkdar müəllimi Rzaqulu Şərifov, Saatlı kənd tam orta məktəbin direktoru Vüqar Quliyev,  tələbə adını qazanmış məzunlar - şəhər 5 saylı tam orta məktəbin “Qızıl medal”çı məzunu, 4 dəfə respublika Fənn Olimpiadalarında Qızıl medal almış,  respublika “Əlaçı” teleyarışmasının qalibi, 695 balla  Azərbaycan Tibb Universitetinə qbul olunmuş, Prezident təaqaüdçüsü Muradov Təhmin , Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb –liseyin “Gümüş medal”la bitirmiş, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 –cı ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika qalibi, 567 balla Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olunmuş Yusifli Pinar, şəhər 6 saylı tam orta məktəbin “Qızıl medal”çı məzunu, respublika fənn olimpiadalarında biologiya fənnindən bürünc medala layiq görülmüş, 678 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Məcidzadə Mirdamət və başqaları   tədbirdə çıxış edərək bütün   bu uğurları qazanmaqda  ölkə Prezidenti, təhsilin ən böyük qayğıkeşi cənab İlham Əliyevə və ölkənin Birinci vitse-Prezidenti minnətdar olduqlarını bildirdilər.
           Sonda  rayon İcra Hakimiyyəti başçısı tərəfindən uğurlu nəticələr əldə etmiş müəllim və tələbələrə Fəxri Fərman və  500-dən və 600-dən yuxarı bal toplamış 115 nəfər tələbə gəncə  qiymətli hədiyyələr təqdim ediımişdir.
Sonda   Regional Bərdə Mədəniyyət İdarəsinin təşkil etdiyi konsert proqramı təqdim edilmişdir.
Keçidlər