Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Göyüşlü kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

12 sentyabr 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.


           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Böyük Göyüşlü kəndlərində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Böyük Göyüşlü  kəndi tam  qazlaşdırılıb, kəndin elektrik xətlərinin kabelləşdirilməsinə başlanıb. Kəndin  3 km baş yolu qum-çınqılla əsaslı təmir edilib,  içməli su üçün küçələrdə 24 ədəd bulaq tikilmiş, Kənddaxili Böyük Göyüşlü kəndində 8 km, Bala Göyüşlü kəndində 3 km yollar qum-çınqılla əsaslı təmir edilib. Böyük Göyüçkü kəndində 3,5 km, Bala Göyüşlü kəndində 2,2 km torpaq kanallar lildən təmizlənib, 10 ədəd su keçidləri yenidən tikilib.
    2018-ci ildə inzibati ərazi dairəsində 200 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 24 sentner olmaqla 432 ton pambıq istehsal edilmişdir. cari ildə 187 hektar sahədə pambıq əkilmiş, hazırda pambığın yığımına hazırlıq işləri aparılır.
   2018-ci ildə inzibati ərazi dairəsində 30 qutu ipək qurdu götürülüb saxlanmış, 1300 kq barama təhvil verilmişdir.Cari ildə inzibati ərazi dairəsində 45 qutu ipək qurdu götürülüb saxlanmış, 1470 kq barama təhvil verilmişdir. Kənddə 3600 ədəd köhə çəkil ağacı mövcuddur. Son illər inzibati ərazi dairəsində 3500 ədəd, o cümlədən xaricdən gətirilmiş 2000 ədəd çəkil tingi əkilmişdir.
     Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Ədalət Rəfiyev
kənd tam orta məktəbi üçün yeni bina tikilməsi və hasarlanması, Musa Mustafayev
Böyük-Göyüşlü-Bala Göyüşli kəndlərarası 3 km yolun asfaltlaşdırılması, Qulu Kazımov nəvəsinin Fövqəladə Hallar Nazirliyində işlə təmin və şəhidlər xiyabının çəpərlənməsi, Zümrüd Hüseynova Böyük Göyüşlü kənd körpələr evi-uşaq bağçasının əsaslı təmiri
barədə müraciət etmişdir.Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir.Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
 

Keçidlər