Şriftin ölçüsü :

Saytın rəngi :

Bala Ərəblər kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

17 sentyabr 2019 | 16:00
Qəbulda Azərbaycan Respublikası Prezident Administrasiyanın məsul işçisi Əflatun Rufiyev, rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Kətəlparaq kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Bala Ərəblər kəndindin də daxil olduğu Güloğlular kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb. Kəndlərin elektrik şəbəkəsi yenidən qurulub,
Bala Ərəblər kəndində son illər 3 metr dərinlikdə dren kanalın üzərindən körpü salınmışdır, Qaraqoyunlu-Ərəblər və Bala Ərəblər kəndlərarası yol qum-çınqılla əsasılı təmir edilib, Ərəblər kənd orta məktəbi cari təmir edilib
-2018-ci ildə 60 hektar pambıq əkilmiş, hər hektardan 30 sentner olmaqla 180 ton pambıq istehsal edilmişdir, cari ildə kənddə 91,82 hektar sahədə pambıq əkilmiş, indiyədək 30 hektar pambıq defalyasiya olunub maşınla yığıma hazırlanmışdır. 2018-ci ildə kənddə 1 nəfər kümçü 2 qutu ipək qurdu saxlamış, hər qutudan 50,2 kq olmaqla 105 kq barama təhvil vermiş, cari ildə kənddə 1 nəfər kümçü 1 qutu ipək qurdu saxlamış, 105 kq barama təhvil vermışdır. kənddə 5000 ədəd köhnə çəkil ağacı var.
      Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Namiq Həsənov kəndə sərnişin avtobus marşurutu açılması, Əli Əmirov kəndin içməli su şəbəkəsinin tikilməsi, küçələrdə bulaqların quraşdırılması, Cuma Allahverdiyev kəndin uşaqlarının oxuduğu Ərəblər kənd tam orta məktəbi üçün yeni bina tikilməsi, Elgiz Pənahlı kəndin 1,5 km baş yolunun asfaltlaşdırılmasını, I qrup əlil kimi birdəfəlik maddi yardım göstərilməsi, Pərvanə Musayeva şəkər xəstəliyindən əziyyət çəkən anasının pensiyay çıxmasına köməklik göstərilməsi, Nadir Abdullayev III qrup əlil oğlunun işlə təmin edilməsi, Nəriman Nərimanov evinin üstündən keçən elektrik xəttinin yerinin dəyişdirilməsinə köməklik göstərilməsi barədə xahiş etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər