Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda 5 oktyabr - Beynəlxalq Müəllim Günü təntənə ilə qeyd edilmişdir.

04 oktyabr 2019 | 16:00
Tədbirdən əvvəl rayonun bir qrup qabaqcıl müəllimi ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini yad etmişlər.
Şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri müəllimləri şerlə təbrik etmişlər.
      Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayonun ümumtəhsil  məktəblərinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Peşə liseyinin kollektivlərindən bir qrupu, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri və KİV təmsilçiləri iştirak etmişlər.
      Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək rayon müəllimlərini 5 oktyabr –Beynəlxalq Müəllimlər günü münasibəti ilə təbrik etmiş, əsası ulu öndər H.Əliyev tərəfindən qoyulan   milli təhsil konsepsiyasından, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət təhsil siyasətinin uğurlarından,  ölkənin Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva tərəfindən təhsillə bağlı həyata keçirilən coxsaylı layihələr barədə, həmçinin müəllim əməyinə dövlət səviyyəsində verilən qiymətdən və rayon müəllimlərinin qazandığı uğurlardan danışmışdır. 
Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, Muğanlı kənd tam orta məkəbinin direkoru Könül Kazımova, Məmmədli kənd tam orta məkəbin müəllimi Elçin Cəfərli,  Qasımzadə Gülnar, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllimi Əsli Sülemanova,  ölkə Prezideni cənab İlham Əliyevin Sərəncamı ilə “Respublikanın Əməkdar müəllimi” adına layiq görülmüş şəhər 8 nömrəli  tam orta məktəbin müəllimi Sevinc Məmmədova, “Tərəqqi”medalına layiq görülmüş şəhər 5 nömrəlı tam orta məktəbin müəllimi  Şahirə Həsənova çıxış etmiş, müəllim əməyinə verilən qiymətə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
     Sonda rayonun qabaqcıl müəllimlərindən bir qrupuna rayon İcra Hakimiyyətinin, YAP Bərdə rayon təşkilatının və rayon Təhsil şöbəsinin Fəxri-fərman və hədiyyələri təqdim edilmişdir.
Keçidlər