Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Nazırlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

10 oktyabr 2019 | 16:00

Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Qaradəmirçi kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. İkinci Nzaırlı və Birinci Qazaxlar kəndindinin də daxil olduğu Şatırlı kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb. İkinci Nazırlı kənd sakinlərinin də istifadə etdiyi Yeni Daşkənd-Umudalılar kəndlərarası yol yenidən qurulub, Kəndin 6 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, İçməli su üçün su qülləsi quraşdırılmış, küçələrdə 18 ədəd bulaq tikilmişdir.Kənddə suvarma üçün 1 subartezian quyusu qazılıb, Kənddə 96 şagird yerlik modul tipli yeni məktəbin tikintisinə başlanıb, Kəndin elektrik şəbəkəsinin təqribən 15 faizi kabelləşdirilib, 2018-ci ildə İkinci Nazırlı kəndində 20 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 35 sentner olmaqla 70 ton pambıq istehsal edilmiş, cari ildə İkinci Nazırlı kəndində 55 hektar pambıq əkilmiş, birinci üzdən, orta hesabla hər hektardan 30 sentner olmaqla 165 ton məhsul götürülmüşdür. Kənddə 4000 ədəd çəkil ağacı mövcuddur.
    Birinci Qazaxlar kəndində  kənddaxili 8 km yollar qum-çınqılla əsaslı təmir edilib, kənd qəbirstanlığı abadlaşdırılıb, yolu təmir edilib, qəbirstanlıq hasara alınıb, suvarma üçün 2 ədəd subartezian quyusu qazılıb, kənd sakinləri mövcud olan 2 ədəd artezianla içməli su ilə təmin olunurlar. 2018-ci ildə Birinci Qazaxlar kəndində 10 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 35 sentner olmaqla 35 ton pambıq istehsal edilmiş, cari ildə kənddə 25 hektar pambıq əkilmiş, indiyədək 25 hektar sahədə pambıq yığılmış, orta hesabla hər hektardan 30 sentner olmaqla 75 ton məhsul götürülmüş, kənddə 3000 ədəd çəkil ağacı mövcuddur, indiyədək ərazidə ümumən 500 ədəd yerli çəkil tingi əkilmişdir.
      Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Bulud Abdullayev İkinci Nazırlı kəndinin elektrik şəbəkəsinin kabelləşdirilməsi, Elbrus Rüstəmov İkinci Nazırlı kəndinin elektrik şəbəkəsinə ayrıc qoyulması, Namiq Əvəzov Qarabağ müharibəsi əlili kimi fərdi yaşayış evi tikilməsi, yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi, əlavə transformator quraşdırılması, Tahir Sadıqov Birinci Qazaxlar kənd ümumi orta məktəbi üçün yeni bina tikilməsi, Azay Əsgərov Bərdə rayonunun İkinci Nazırlı-Birinci Qazaxlar-Tərtər rayonunun Xoruzlu kəndlərarası 4,5 km yolun asfaltlaşdırılması, Əzim Bəylərov Kəndin ərazisindən keçən 3 km uzunluqda qobunun lildən təmizlənməsi, Qabil Əhmədov qohumu olan qonşusu tərəfindən həyətində tikili tikilməsinin aparılmasına icazə verilməməsi barədə xahiş etmişlər.
      Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər