Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 27-ci ildönümünü Qarabağ qaziləri ilə birgə qeyd edib

21 noyabr 2019 | 16:00
    YAP Bərdə rayon təşkilatı İdarə heyəti və Şura üzvləri, bir qrup partiya fəalı əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra YAP Bərdə rayon təşkilatı İdarə heyətinin üzvləri və bir qrup partiya fəalı Qarabağ döyüşlərində sağlamlıqlarını itirmiş müharibə veteranları ilə görüşüb. YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya onları Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təbrik edib. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölməz ideyaları ilə silahlanmış YAP-ın müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində rolundan və xidmətlərindən danışıb. Əldə edilən uğurlarda, zəfərlərdə partiyanın sədri, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xidmətlərini vurğulayıb.
Bildirilib ki, Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə diqqət və qayğı ölkəmizdə mühüm prioritet istiqamətlərindən biridir. Çünki dövlətimizin möhkəmliyi həm də Vətən uğrunda döyüşmüş, canlarından və qanlarından keçmiş, əlil olmuş oğul və qızlarımızın döyüş yolundan keçir.
Görüşdə Qarabağ qaziləri və partiyanın ilk üzvləri öz döyüş xatirələrini bölüşüb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonra qazilərə maddi yardımlar edilib.
Keçidlər