Şriftin ölçüsü :

Saytın rəngi :

Qasımbəyli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

11 dekabr 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
         Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Qasımbəyli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Qasımbəyli kəndindinin də daxil olduğu Kələntərli kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.
       Son illər Qasımbəyli kənd sakinlərinin də istifadə etdiyi 17,5 km Muğanlı-Körpüsındıran kəndlərarası avyomobil yolu yenidən qurulub, Kəndin içməli su şəbəkəsi tikilmiş, küçələrdə 15 bulaq tikilmiş, 2 krant quraşdırılmış, Kəndin 3 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, Kəndin elektrik şəbəkəsi yenidən qurulub, elektrik xətləri kabelləşmiş, Sakinlər ərazidəki 4 ədəd subartezian quyusu vasitəsilə içməli su ilə lokal şəkildə təmin olunurlar, 2 ədəd suvarma subartezian quyusunun dərinlik nasosu təmir edilib, Kəndə sərnişin avtobusu marşurutu açılıb.
        Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Nuriyyə Bədirova kənddə körpələr evi uşaq bağçası və kitabxana açılması, işlə təmin, fərdi yaşayış evinin təmir edilməsi, Xəlil Mamedov Kənddə tibb məntəqəsi açılması, içməli su xəttinin təmir edilməsi, əlil qızına baxıcı təyin edilməsi, Vaqif Əliyev  artezian nasosunun təmir edilməsi və ya dəyişdirilməsi, Zaur Məmmədov qardaşına şəhid statusu verilməsi, Sara Xəlilova ailəsinə ünvanlı sosial yardım təyin edilməsi, nəvəsinin müalicə olunmasına köməklik göstərilməsi, İbad Abbasov örüş yerinin olmaması barədə xahiş etmişlər.
      Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər