Şriftin ölçüsü :

Saytın rəngi :

Dəymədağıldı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

25 dekabr 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
         Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Cumalar kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Dəymədağıldı kəndindinin də daxil olduğu Şirvanlı kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.
       Son illər Dəymədağıldı kəndinin kənd qəbirstanlığının 5 hektar ərazisi hasara alınıb, 3 bulaq çəkilib, 11 km daxili yollar qum-çınqılla əsaslı təmir edilib, kəndin 2 km baş yolu qum çınqılla əsaslı təmir edilib, kəndin ərazisindən keçən 11 km açıq dren kanal lildən təmizlənmib, kəndin elektrik şəbəkəsi tam kabeləşdirilib, kəndin ərazisində suvarma üçün 3 ədəd subartezian quyusu qazılıb, Qarabağ müharibəsi veteranı Cəfərov Bayram Qiyas oğluna fərdi yaşayış evi tikilib, Sakinlər ərazidə olan 1 ədəd  qaynama və 2 ədəd subartezian quyusu vasitəsilə içməli su ilə təmin olunurlar.
        2018-ci ildə 200 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 41 sentner məhsul götürməklə 820 ton pambıq istehsal edilmişdir. Cari ildə 220 hektar sahədə pambıq əkilməsi üçün istehsal müəssisələri ilə müqavilə bağlamış, indiyədək hər hektardan 44 sentner olmaqla 968 ton pambıq istehsal edilmişdir.
.      2018-ci ildə 2 nəfər kümçü tərəfindən 11 qutu ipək qurdu saxlanmış, hər qutudan 42 kq olmaqla cəmi 462 kq barama istehsal edilmişdir. Cari ildə 2 nəfər kümçü tərəfindən 12 qutu ipək qurdu saxlanmış, hər qutudan 44 kq olmaqla cəmi 528 kq barama istehsal edilmişdir. Kənddə  3000 ədəd çəkil ağacı mövcuddur, indiyədək ərazidə 1800 çəkil tingi, o cümlədən 300 ədəd Çin Xalq Respublikasından gətirilmiş çəkil tingi əkilməmişdir.
        Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Vaqif Əhmədov kəndin baş yolunun asfaltlaşdırılması, içməli su üçün bir ədədartezian quyusunun qazılması,
Rahim Mahmudov kənd tam orta məktəbinin əsaslı təmiri, Hüseyn Rzayev kəndin “Qara ağac” adlanan ərazisində suvarma üçün bir ədəd subartezian quyusunun qazılması, Yalçın Kərimov Kəndin “Əliş yeri” adlanan ərazisində suvarma üçün bir ədəd subartezian quyusunun qazılması,  Babayev Zahid  öz vəsaiti hesabına kənddə məscid tikdirməsinə icazə verilməsi,Elmir Teymurov ailəsinə ÜSY təyin edilməsi, barama saxlamaq üçün çadır verilməsi,Vüsal Əsədov əlillik dərəcəsi verilməsi, Bəxtiyar Əliyev 2011-ci ildən kəsilmiş əlillik penmsiyasının bərpa edilməsi, Fərhad Mahmudov kənd körpələr evi-uşaq bağçasında işləyən həyat yoldaşının işdən çıxarılmasına cəhd göstərilməsi,
barədə xahiş etmişlər.
      Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər