Şriftin ölçüsü :

Saytın rəngi :

Xəsili kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

16 yanvar 2020 | 16:00

Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Xəsili və Qazaxlar kənd sakinləri iştirak etmişlər.
         Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Xəsili və Qazaxlar  kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Xəsili və Qazaxlar kəndindinin də daxil olduğu Xəsili kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.
       Son illər Xəsili  kəndində içməli su üçün 1 ədəd artezian quyusu vurulub, Xəsili-Qazaxlar kəndlərarası 3 km yol qum-çınqılla əsaslı təmir edilib, Xəsili-Qazxlar kəndlərarsı 1 km yol asfalt-betonla tikilib, Qazaxlar kəndi ərazisində 8 km açıq dren-kanal lildən təmizlənib, Xəsili kənd tam orta məktəbi cari təmir edilib, Qazaxlar kəndində 180 şagird yerlik kənd tam orta məktəbi tikilib, Qazaxlar kəndinin 2,5 km baş yolu qum-çınqılla cari təmir edilib, Xəsili kəndində 1 ədəd qidalandırıcı transformator quraşdırılıb.

 

        Xəsili kəndində 2018-ci ildə 200 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 30 sentner məhsul götürməklə 600 ton pambıq istehsal edilmişdir. 2019-cu ildə 200 hektar sahədə pambıq əkilmiş orta hesabla hər hektardan 33 sentner olmaqla 660 ton pambıq istehsal edilmişdir. 2018-ci ildə 5 nəfər kümçü tərəfindən 10 qutu barama götürülüb saxlanmış, hər qutudan 51,2 kq olmaqla cəmi 512 kq barama istehsal edilmişdir. 2019-cu ildə 6 nəfər kümçü tərəfindən 18 qutu barama götürülüb saxlanmış, hər qutudan 48 kq olmaqla cəmi 864 kq barama istehsal edilmişdir. Xəsili kəndi ərazi dairəsində 700 min ədəd çəkil ağacı mövcuddur, indiyədək ərazidə 1500 ədəd , o cümlədən 1250 min ədəd xaricdən gətirilmiş, 250 ədəd yerli çəkil tingi əkilmişdir. Cari ildə inzibati ərazi dairəsində 300 hektar pambıq əkilməsi proqnozlaşdırılıb, indiyədək pambıq əkilməsi üçün 300 hektar üçün müqavilə bağlanmış, 280 hektar sahədə şum aparılıb.
      Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. İkram Ziyadov Xəsili-Qazaxlar kəndlərarası yolun əsaslı təmiri, Arif Cəfərov Xəsili kənd tam orta məktəbinin əsaslı təmiri, Osman Şıxıyev Kənddə əlavə 1 ədəd güc transformatorunun quraşdırılması və 30 ədəd elektrik dirəyinin yenisi ilə əvəz edilməsi, Sənan Şəfiyev Xəsili kəndinin baş arxının lildən təmizlənməsi və betonla tikilməsi, kənarında ağac əkilməsi,  Rafiq Məhərrəmov Hacallı kəndindən kanlizasiya axıdılan mal-qara tulantılarının qarşısının alınması  barədə xahiş etmişlər.
      Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər