Şriftin ölçüsü :

Saytın rəngi :

Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş sərhədçimiz Bərdədə son mənzilə yola salınıb

07 mart 2020 | 16:00
Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı odlu silahdan açılmış atəş nəticəsində həlak olmuş sərhədçi əsgər Qarayev Eltun Elman oğlu doğulduğu Bərdə rayonunda son mənzilə yola salınıb.
Vida mərasimində Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev,  hüquq mühafizə orqanlarının rəhbərləri, Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər iştirak ediblər.
Eltun Qarayevin cənazəsi izdihamın müşayiəti ilə Bərdə şəhərindəki Şəhidlər xiyabanında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Tabutun üzərinə çəkilmiş üçrəngli Dövlət bayrağı əbədi xatirə olaraq onun ailəsinə təqdim edilib.
Keçidlər