Şriftin ölçüsü :

Saytın rəngi :

Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanın imicini dünyada daha da möhkəmləndirdi.

11 may 2020 | 16:00

Qoşulmama Hərəkatının “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşü ölkəmizin növbəti beynəlxalq uğuru olaraq dünya tarixinə düşdü. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü bu qlobal pandemiyaya qarşı mübarizədə dövlətlərin həmrəylinin vacibliyini ortaya qoyan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin  dəstək  verməsi və Zirvə görüşünə qatılması bir daha ölkəmizin və onun liderinin  nüfuzunun çox yüksək olmasının göstəricisidir.
Dövlətimiz koronavirusa qarşı analoqu olmayan yeni bir model ilə mübarizə aparmaqdadır. Bu modellə ölkəmizdə pandemiyaya birinci mərhələdə qalib gəlməyimiz hətta inkişaf etmiş dünya dövlətlərinin diqqətini özünə çəkmişdir. Qlobal pandemiya şəraitində dünya ölkələri və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlığın, bu virusla ayrı-ayrı ölkələr halında deyil, vahid formada mübarizə aparmağın böyük önəm daşımasını diqqətdə saxlayan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu məsələni Zirvə görüşü səviyyəsində gündəmə gətirməsi bir daha bizim rəhbərimizin insan amilinə, onların sağlamlığına necə həssaslıqla yanaşdığını göstərdi və həm də bununla yeni bir nümunə, yeni bir etalon ortaya qoydu. Bu bəlanın yayılmasının qarşısının alınması və onun fəsadlarının Qoşulmama Hərəkatına üzv olan dövlətlərin bir-birinə kömək və dəstək olaraq aradan qaldırılmasının dünyanın qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu daha qabarıq şəkildə gündəmə gətirməsi və Zirvə görüşünün sonunda Bəyannamənin  qəbul olunması bütün dövlətlərin səylərinin birləşdirilməsinə daha bir çağırış oldu. Bununla Azərbaycan dövləti və onun rəhbəri öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq  üçün mühüm platforma və körpü yaratdı.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına çox uğurla sədrlik edir. Ölkəmiz öz sədrliyi dövründə Qoşulmama hərəkatının nüfuzunun, beynəlxalq aləmdə oynadığı rolun artırılması istiqamətində çox mühüm təşəbbüslər irəli sürür. Təmas Qrupu formatında Zirvə görüşü öz əhəmiyyəti ilə bunun ən bariz nümunəsidir.
Ölkə Prezidenti cənab İlham Əliyevin atdığı bütün bu addımlar, bütün dünya insanlarına humanist yanaşması biz bərdəlilərdə də, bütün ziyalılarda qürur hissi doğurdu və bir vətəndaş olaraq bildirmək istəyirik ki, biz ölkə rəhbəri cənab İlham Əliyevlə fəxr edirik!

      

Keçidlər