Şriftin ölçüsü :

Saytın rəngi :

Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanı qlobal həmrəylik əməkdaşlıq platformasına çevirdi

11 may 2020 | 16:00

Biz qədirbilən bir xalq olaraq yaxşı bilirik ki, dövlətimiz üçün insan amili həmişə öndədir. İnsanların sağlamlığı, maddi rifah halının daima yaxşılaşdırılması ölkə prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu ən ümdə vəzifələrdən biridir. Biz deyərdik ki, bəlkə də birincisidir.
Xalqımız bunun bir daha əyani şəkildə şahidi oldu. Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Respublika Prezidenti İlham Əliyevin atdığı məqsədyönlü addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.
Mən bir ziyalı vətəndaş olaraq mətbuatı ardıcıl olaraq izləyirəm. 4 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun video konfrans vasitəsi ilə keçirilmiş Zirvə görüşünü televiziya vasitəsilə izlədim. 120 dövlətin təmsil olunduğu bu Qoşulmama Hərəkatına ölkəmizin sədrlik etməsi Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi və nüfuzunun artması deməkdir.
Təəssüflər olsun ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər. Belə bir şəraitdə ölkəmizin Prezidenti cənab İlham Əliyev təşəbbüs irəli sürdü və “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Biz də bu gün əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq.
Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmiş və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşdur. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər Nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.
Bu Zirvə görüşündən sonra da Azərbaycan bir daha pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir.
Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur.
Bəli ölkə prezidentimiz bu gün bu çətin zamanlarda nəinki öz xalqına, həmçinin bütün dünya xalqlarına dəstək olmağı, hər bir millətin bəşəriyyəti bürüyən bu bəladan xilas olması üçün göstərdiyi diqqət və qayğı bizi çox sevindirir. Hörmətli prezidentimizin xalqımızın və bütün dünya xalqlarının bu virusdan qorunması üçün etdiyi hər bir müraciəti biz bərdəlilər dəstəkləyir, bir rəhbər kimi xalqımızla birlikdə olmağı bizi bir daha ürəkləndirir, ruhlandırır.
Cənab Prezident, biz birlikdə çox sınaqdan çıxmışıq. İnanırıq ki, bu çətinliyi də birlikdə dəf edəcək, tezliklə firavan həyata qovuşacağıq. Hər bir sevginiz, qayğı və diqqətiniz üçün Sizə ziyalılarımız adından bir daha dərin minnətdarlığımı bildirirəm.

Keçidlər