Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon İcra Hakimiyyətinin başçısı barama istehsalı ilə bağlı inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri ilə iclas keçirmişdir.

15 may 2020 | 16:00

Ölkə rəhbəri cənab İlham Əliyevin göstərişləri əsas tutularaq  2018–2025-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilən  baramaçılığın və ipəkçiliyin inkişafı rayonumuzda da diqqət mərkəzində saxlanılır. Rayonda barama istehsalının daha da artirilması ilə bağlı Bərdə rayon İcra Hakimiyyətinin başçısı inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyyə sədrləri ilə iclas keçirmişdir. Bildirmişdir ki, 34 inzibati ərazisində 250  kümçüyə bəslənmək üçün paylanmış1000 qutu barama qurdundan 55 ton məhsul götürülməsi planlaşdırılır. Bununla bağlı isləri nəzarətdə saxlamaq üçün rayon İcra Hakimiyyətində xüsusi qərargah da yaradlmışdır.İclasda rayon İcra hakimiyyətinin başçısı Vudadi İsayev bu sahə üzrə yarana biləcək problem və çətinliklərin aradan qaldırılması üçün  inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyyə sədrlərinə tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər