Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayevin Qurban Bayramı münasibəti ilə təbriki

31 iyul 2020 | 16:00

Əziz bərdəlilər !
Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını, xaricdə yaşayan soydaşlarımızı insanpərvərlik, xeyirxahlıq, paylaşmaq və mərhəmət hisslərinin rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, Sizə ən xoş arzu və istəklərimi bildirirəm. Canınız sağ, həyatınız firavan, ruziniz bol olsun.
İslami dəyərlərə sadiq olan xalqımız əsrlər boyu Qurban bayramını ən əziz bayramlardan biri kimi qeyd edib. Allah və din yolunda qurbanlar kəsilib, insanlara əl tutulub, ehtiyacı olanlara yardım edilib. Bu bayram dünyamızda xeyirxahlığı, paylaşmağı, başqasının ehtiyacına laqeyd qalmamağı təbliğ edib, birlik və bərabərliyin, dövlətçilyə, Vətənə sədaqətin təntənəsinə cevrilib.
Bütün dünyanı koronavirus pandemiyası ağuşuna aldığı ücün bu il Qurban bayramı da fərqli qeyd edilir. Bizim xalqımız müdrik, əliacıq, islam dininə sadiqdir. Qoyulan qadağalar insanlarımızın sağlamlığı, yoluxmanın qarşısının alınması üçündür. Ona görə də hər kəsi karantin qaydalarına riayət etməyə, sağlamlığınızın qeydinə qalmağa səsləyirəm.
Allah kəsdiyiniz qurbanları qəbul etsin!
İnanıram ki, bu müqəddəs Qurban bayramı Müstəqil Azərbaycanımızın, xalqımızın qəhrəmanlıq və şücaətini daha artıracaq.
Əziz bərdəlilər!
Ermənilər Qurban Bayramı ərəfəsində  Azərbaycan-Ermənistan dövlət sərhəddində Tovuz rayonu istiqamətində  təxribat törətdilər. Ərazi bütövlüyümüz uğrunda şəhidlər verdik. Bu bayram günündə bütün şəhidlərimizin xatirəsini yad etmək hər birimizin müqəddəs borcudur. Düşmənə layiqli cavab verib,  şəhidlərimizin intiqamını alsaq da, torpaqlarımız hələ də işğal altındadır. İnanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız tezliklə işğaldan azad ediləcək, Dağliq Qarabağ torpaqlarında ocaqlar çatıb, qurbanlar kəsəcəyik. Ulu Tanrı haqqın tərəfindədir. Bizim də işimiz haqq işi olduğu üçün qələbənin bizimlə olacağına əminik. 
Bir daha bütün Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, xalqımıza sağlamlıq, firavanlıq, dövlətimizə və ailələrinizə möhkəmlk, süfrələrinizə bol ruzi, bərəkət diləyirəm.
Qurban bayramınız mübarək olsun!

Keçidlər