Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda Vətən Müharibəsi qaziləri daima diqqət mərkəzində saxlanılır.

15 dekabr 2020 | 16:00

          Bərdə rayonunda şəhid ailələri ilə yanaşı Vətən Müharibəsi qaziləri də daim diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti, aidiyyəti digər rayon təşkilat rəhbərləri ilə birlikdə belə ailələrə baş çəkilir, problemləri öyrənilir və yerində maddi – mənəvi dəstək göstərilir.
         Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev növbəti dəfə Gülgəzli kəndində “Qarabağ” ordeni ilə təltif olunmuş evdə müalicə alan, Mayor Şükürov Mahmud Sabir oğlunun, əsgər Tapdıqzadə Yasin Tapdıq oğlunun, Mollaəhmədli kəndində gizir Behbudov Elşən Ələsgər oğlunun, hazırda Bakı şəhərində müalicə olunan Sərkarlar kəndində gizir Əsədzadə Tural Nizami oğlunun ailələrində olmuş, qazilərlə və onların ailə üzvləri ilə söhbət etmiş, onların müalicəsi, problemləri ilə maraqlanmış onlara müvafiq köməkliklər göstərmişdir. Belə görüşlərin digər qazilərimizlə də keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər