Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

20 yanvar 2021 | 16:00

Xalqımızın azadlığı uğrunda həlak olmuş 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini yad etmək üçün Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Fatma Yıldırım, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri ilə Koronavirus (COVİD- 19) pandemiyasını nəzərə alaraq məhdud sayda nümayəndələrin iştirakı ilə ilk öncə Qəhrəmanlar Parkında 20 Yanvar şəhidləri üçün ucaldılmış abidəni ziyarət edib, önünə tər qərənfil dəstələri düzərək 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar. Daha sonra Şəhidlər Xiyabanina gələrək Vətənimizin  azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin məzarını ziyarət etmişlər. 

Keçidlər