Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda qazilər və şəhid ailələri diqqətdə saxlanılır.

05 may 2021 | 16:00

Bərdə rayonu Mollalı kəndindən qazi - əsgər Yusifov Hüseyn Natiq oğlu sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan  Vətən müharibəsində Qubadlı və Füzuli  rayonlarının azad edliməsində iştirak etmiş və Şuşa şəhəri istiqamətində Daşaltı ətrafında gedən döyüşlərdə  yaralanmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı  ilə  əsgər   Yusifov Hüseyn Natiq oğlu  “Qubadlının azad olunmasına görə”  və “Füzulinin   azad olunmasına görə ” medalları   ilə təltif edilmişdir.
Bu günlərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının Sədri Fəqət Şadlinskaya, rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin  müdiri Samir Səfərov, şöbənin böyük  məsləhətçisi  Ziya İsmayılzadə və YAP rayon təşkilatının baş məsləhətçisi Səba  Məmmədova  qazi Yusifov Hüseyn Natiq oğluna baş çəkmiş, ailənin çətinlikləri ilə maraqlanmış və bəzi  problemlərinin həlli üçün köməkliklər göstərmişlər.
Qazimiz Hüseyn Yusifov özünün hərbidəki  xidmətlərindən danışmış, eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində qazi ailələrinə göstərilən diqqət və qayğıdan  məmnun olduğunu  ifadə etmişdir.
Rayonda bütün qazi və şəhid ailələrinə köməkliklər göstərilməsi işi davam etdirilir.

Keçidlər