Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günüdür

01 iyun 2021 | 16:00

1 iyun – Uşaqları  Beynəlxalq Müdafiə Günüdür. Bu gün münasibəti  ilə Bərdə rayonunda məktəb, məktəbəqədər, məktəbdənkənar təhsil müəssisələrində və mədəniyyət ocaqlarında pandemiya  qaydalarına əməl olunmaqla  kiçik qruplar halında  uşaqların Ulu öndər Heydər Əliyevin abidəsini  ziyarət etməsi ilə müxtəlif tədbirlər keçirilmişdir. Həmin gün rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla bir qrup partiya fəalı- Səba Məmmədova, Cavid İbişov, Nurayə Məmmədova və Elmir Məmmədov  Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən "Şəhid ailələrinə qayğı"  aksiyası  çərçivəsində  Vətən müharibəsinin  hərbi və mülki şəhidlərinin  ailələrində olmuş,  onların yadigar qalan övladlarını bayram münasibəti ilə hədiyyələrlə təbrik etmişlər.
Fəqət Şadlinskaya bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə  uşaqlara dövlət qayğısı daim proritet istiqamət olaraq həyata keçirilir. Bu gün ölkəmizdə şəhid və qazi ailələri, onların övladları  dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşlar. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.
Görüş zamanı şəhidlər -  Əsgərov Asəf İlqar oğlu, Quliyev Elçin Rövşən oğlu, İsgəndərov Yalçın Rizvan oğlunun ailələri möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan  məmnun olduqlarını ifadə etmişlər. Pariya fəalları ailələrin problemləri ilə maraqlanmış və bəzi problemlərin həlli üçün köməkliklər göstərmişlər.

Keçidlər