Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan Qələbəyə” adlı təqdimat mərasimi keçirilmişdir

15 iyun 2021 | 16:00

YAP Bərdə rayon təşkilatının rayon Gənclər və İdman İdarəsi, Regional Qarabağ Yeniləşən Dövlətə Dəstək  İctimai Birliyi və Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birlikdə onlayn keçirtdiyi  rəsm, şeir, mahnı və videoçarx nominasiyaları üzrə müsabiqələrin qaliblərinə diplom və hədiyyələr təqdim edilmişdir.
Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya tədbiri giriş söz ilə açaraq müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində  xalqımızın Ümummilli lideri Heydər Əliyevin xilaskarlıq misiyyasından, misilsiz xidmətlərindən, nurlu ideyalarından və bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətindən, torpaqlarımızın ərazi bütövlüyünü təmin edən böyük qələbəyə aparan yolun məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci gəlişindən – Milli Qurtuluş günündən başlanan böyük bir dövrü əhatə etdiyindən danışmışdır.
Digər çıxışçılar Aynurə Əyyubova və Bəxtiyar Məmmədov öz çıxışlarında  bu gün ölkə gənclərinin yüksək vətənpərvərlik ruhundan, 44 günlük Vətən müharibəsində əldə olunan qələbədə şanlı və qüdrətli, vahid komandanlıq altında birləşmiş müzəffər ordumuzun qazandığı qələbədən danışmışlar.
Mərasim zamanı qaliblər bir daha Ulu öndər Heydər Əliyev, vətən və qələbə haqqında şeirlər söyləmişlər.
Sonda qaliblərlə xatirə şəkli çəkilmişdir.

Keçidlər