Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda şəhidin doğum günü qeyd olunub

10 iyul 2021 | 16:00

              10  iyul 2021-ci il tarixdə Bərdə rayonu İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin  tapşırığına əsasən Vətən müharibəsində şəhid olan Bərdə rayonu Xanağalı kəndindən olan şəhidimiz Nərimanov İdris Nazim oğlunun cənnətdəki  ilk ad günü  münasibəti  ilə şəhidin ailəsi ziyarət olunmuş, qəbirüstü abidəsinə gül dəstələri qoyulmuşdur. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov  və şöbənin böyük məsləhətçisi Ziya İsmayılzadə, SHXÇDX-in Bərdə rayon şöbəsinin nümayəndəsi kapitan Samir Məmmədov, "Qarabağ Qaziləri" İctimai birliyinin sədri Sürəddin Səfərov, Bərdə rayon İcra Hakimiyyəti başçısının Mehdili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəhim Kazımov,  Bərdə taborunun sabiq komandiri Qarabağ əlili Gəray Əsədov və kənd ictimaiyyəti iştirak etdilər.

             Tədbirdə iştirak edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və qələbə ilə nəticələnən  vətən müharibəsində qanları ilə tarix yazan Azərbaycan əsgərinin şücaətindən söz açaraq şəhidlərimizin qəhrəmanlıqlarını əks etdirən fikirlərini bildirdilər.
Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər