Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda şəhidin doğum günü qeyd olunmuşdur.

10 sentyabr 2021 | 16:00

Bu gün Bərdə rayon Nifçi  kəndindən  Vətən müharibəsi şəhidi əsgər İsgəndərov Vüsal Asdan oğlunun 23-ci yaş günü idi.
Bu münasibətlə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının nümayəndələri ilə birlikdə şəhid əsgər İsgəndərov Vüsal Asdan oğlunun məzarını və  ailəsini ziyarət etmişlər.
Qeyd edək ki,  İsgəndərov Vüsal Asdan oğlu 2021-ci ilin iyulundakı Tovuz döyüşlərindən sonra könüllü olaraq  Azərbaycan Silahlı Qüvvələrində əsgər kimi müddətdən artıq xidmət etməyə başlamışdır. O, sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan kəndlərində və Ağ uçuq adlanan ərazilərdə gedən döyüşlərdə iştirak etmiş və elə orada  şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə əsgər MAXE İsgəndərov Vüsal Asdan oğlu ölümündən sonra “Vətən uğrunda”  və  “Suqovuşanın azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.
Şəhid ailəsi ilə görüş zamanı Fəqət Şadlinskaya bildirmişdir ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü.Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində torpaqlarımız mənfur düşmən işğalından azad edildi. Ölkəmizin ərazi bütövlüyü təmin edildi.Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Görüş zamanı Şəhidin atası İsgəndərov Asdan və anası Cəmilə İsgəndərova  oğulları  Vüsalın hərbidəki  xidmətlərindən və ömür yolundan söz açmışlar. Eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan  məmnun olduqlarını ifadə etmişlər. Şəhidin məzarı ziyarət olunan zaman Çələbilər kənd tam orta  məktəbinin şagirdləri vətənə və şəhidlərə aid şeirlər səsləndirmişlər

Keçidlər