Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda narkomaniyaya qarşı mübarizə ilə bağlı treninq keçirilmişdir.

30 oktyabr 2021 | 16:00

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyyət göstərən İşçi Qrupunun rayon İcra Hakimiyyəti ilə birlikdə Bərdə rayonunda treninqi keçirilmişdir. 
Bərdə rayon İcra Hakimiyyətində keçirilən treninqdə rayon icra Hakimiyyəti başçısının birinci müavini,  Narkomaniyaya qarşı mübarizə Komissiyasının rəhbəri Vahid Qarayev,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyyət göstərən İşçi Qrupunun əməkdaşları Şahin İsmayılov, Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahlar Zeynalov, Şəxsi Heyətlə İş İdarəsinin baş inspektoru, polis polkovniki Çərkəz Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi iştirak etmişlər. Tədbir diskurssiya şəraitində keçmişdir.

Keçidlər