Şriftin ölçüsü :

Saytın rəngi :

30 oktyabr 2021-ci il tarixdə Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bir qrup fəal Bərdə gənci Gəncə şəhərinə səfər etmişdir.

02 noyabr 2021 | 16:00
30 oktyabr 2021-ci il tarixdə Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bir qrup fəal Bərdə gənci Gəncə şəhərinə səfər etmişdir. 44 günlük müharibə dövründə Ermənistan tərəfindən şəhərin raket hücumlarına məruz qalmış əraziləri gənclər tərəfindən ziyarət edilmiş, şəhidlərimizin ruhu dərin hüznlə yad edilmişdir. Səfər çərçivəsində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov raket düşən ərazilərlə bağlı gənclərə geniş şəkildə məlumat vermişdir. Ümumilikdə Gəncəyə olan raket hücumları nəticəsində 6-ı uşaq olmaqla 26 mülki şəxs şəhid olmuş, 29-u uşaq olmaqla 127 şəxs isə yaralanmışdır.
 
Keçidlər