Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Möhtəşəm Qələbəmiz tariximizin Zəfər salnaməsidir!” adlı tədbir keçirilmişdir

03 noyabr 2021 | 16:00

Vətən müharibəsində Qələbənin birinci idönümü münasibətilə   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  Bərdə rayon şöbəsi  rayon İcra Hakimiyyəti ilə birlikdə şəhər 3 saylı tam orta məktəbdə “Möhtəşəm Qələbəmiz tariximizin Zəfər salnaməsidir!” adlı  tədbir keçirmişdir.
Tədbirdən öncə Xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi və Vətən müharibəsi şəhidlərinin məzarı ziyarət olunmuş, önünə tər güllər düzülərək onların xatirəsi ehtiramla yad olunmuşdur.
Tədbirdə Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri və iştirakçıları, rayon İcra Hakimiyyətinin, ARSHXÇDX Bərdə rayon şöbəsinin, YAP rayon təşkilatının, rayon Təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər.
Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, ADSHXÇDX rayon şöbəsinin rəisi polkovnik –leytenant Elbrus Bağırov, rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri ehtiyatda olan polkovnik-leytenant Samir Səfərov çıxış etmiş, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında rəşadətli Milli Ordumuzun şücaətindən, xalq iqtidar, Ordu birliyindən danışmışlar. Şəhid ailələrindən şəhid Hüseynzadə Elməddin Fərman oğlunun anası Arzu xanım, şəhid Qəribzadə Fəxri Elmir oğlunun bacısı Türkanə xanım, şəhid Hüseynov Adil Namiq oğlunun atası Hüseynov Namiq , qazilərdən”Qarabağ” ordenli Manaflı Dursun Maarif oğlu çıxış edərək Vətən müharibəsi  şəhidlərinə, qazilərə, iştirakçılara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmış, ölkə Prezidenti cənab İlham Əliyevə və ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişlər.
Tədbirdə möhtərəm  Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş medalların bir hissəsi  şəhidlərin ailəsi və yaxınlarına, qazilərə, müharibə iştirakçılarına təntənəli şəkildə təqdim edilmişdir.
Sonda şəhər 3 saylı tam orta məktəbin şagirdləri  Zəfər motivli kompozisiya təqdim etmişlər.

Keçidlər