Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonu Heydər Əliyev Mərkəzində "Hərbi Qənimətlər Parkı" haqqında onlayn sənədli film nümayiş etdirilmişdir.

03 noyabr 2021 | 16:00

1 noyabr 2021-ci il tarixdə  Bərdə rayon Heydər Əliyev Mərkəzində qüdrətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qələbəsi münasibətilə yaradılmış "Hərbi Qənimətlər Parkı"na həsr edilmiş onlayn sənədli film nümayiş edilmişdir. Filmin nümayişindən əvvəl Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqdan və "Hərbi Qənimətlər Parkı"nın yaradılmasından danışıb. Daha sonra Şəhid Fəxrəddin Muradov adına Bərdə şəhər  7 nömrəli tam orta məktəbin müəllimi Raziyə Mehdiyeva çıxış edərək bildirib ki, bizim qarşımızda duran vəzifələrdən biri şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsi və Vətənimizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsidir. Sonra Şəhid Fəxrəddin Muradov adına Bərdə şəhər  7 nömrəli tam orta məktəbin şagirdləri filmə tamaşa edib.

Keçidlər