Şriftin ölçüsü :

Saytın rəngi :

5 noyabr 2021-ci il tarixdə Bərdə rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsində böyük zəfərimizə həsr olunmuş "Qüdrətli Ali Baş Komandan, qüdrətli ordu, qüdrətli xalq" mövzusunda tədbir keçirildi.

06 noyabr 2021 | 16:00

5 noyabr 2021-ci il tarixdə Bərdə rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsində böyük zəfərimizə həsr olunmuş "Qüdrətli Ali Baş Komandan, qüdrətli ordu, qüdrətli xalq" mövzusunda tədbir keçirildi. Əvvəlcə Azərbaycan torpağının bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova bildirdi ki, 44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyəti və möhkəm iradəsi sayəsində Azərbaycan ordusu öz şücaəti ilə Zəfər tarixini yazdı. Bununla 30 illik niskilə, yurd həsrətinə son qoyuldu. Azərbaycan xalqının alnındakı Xocalı faciəsi adlı qara damğa silindi. Azərbaycan ordusu qalib ordu, Azərbaycan xalqı qalib xalq kimi öyünə bilər. Çünki onun Ulu Öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirən qüdrətli Ali Baş Komandanı-qalib sərkərdəsi vardır.
Sonra Bərdə şəhər 5 nömrəli tam orta məktəbin direktoru Teymur Həmidov çıxış etdi. O, rəhbərlik etdiyi məktəbin yaxınlığına bombanın düşməsindən və Bərdə camaatının çətin və qorxulu günlər yaşamasından danışdı. Eyni zamanda bütün Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsindən və qələbəyə inamından bəhs etdi. Həmçinin Şorəlli kənd tam orta məktəbin direktoru Gülnarə Məmmədova 44 günlük Vətən müharibəsi ərzində mənfur düşmənin Bərdədə törətdiyi terrorlardan və mülki əhaliyə vurduğu ziyanlardan danışdı.
Sonra Mərkəzin Birinci Qarabağ müharibəsinin birinci ildönümü ilə əlaqədar elan etdiyi "Zəfər yolu" adlı inşa müsabiqəsinin qaliblərinə mükafat verildi. Tədbir iştirakçıları Azərbaycan ordusunun şücaətindən bəhs edən "Hərbi Qənimətlər Parkı" adlı sənədli filmə tamaşa etdilər.
Sonda Bərdə Regional Mədəniyyət İdarəsinin Bərdə rayonu üzrə nümayəndəsi Kəmalə Rəfibəyli yekun nitqi ilə çıxış edərək bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etdi və hamıya uğurlar arzuladı.

Keçidlər