8 iyun 2022-ci il tarixdə Təhsil Nazirliyinin dəstəyi ilə Bərdə rayonunda ADA Universitetinin "Bir Müəllimin Manifesti" proqramının təqdimatı keçirilmişdir. Təqdimatda ADA Universitetinin rektoru Hafiz Paşayevin təşəbbüsü ilə 100 ildən sonra yenidən bərpa olunan Qazax Müəllimlər seminariyasının ilk təhsil proqramı kimi ADA Universitetinin ABŞ-da, Mərkəzi Vaşinqtonda keçirilən "Bir Müəllimin Manifesti" layihəsində iştirak edən Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə çalışan Bərdə rayonunun Təhsil meneceri, Təhsil Texnologiyalar Mərkəzinin koordinatoru, Güloğlular kənd ümumi orta məktəbin və 8 nömrəli tam orta məktəbin müəllimi Mələk Hacıyeva, Gülgəzli kənd tam orta məktəbin müəllimi Pərvanə Əliyeva çıxış etmişlər, proqram barədə təqdimat iştirakçılarına ətraflı məlumat verilmişdir.
ADA Universitetinin müəllimləri seçilmiş “Bir Müəllimin Manifesti” layihəsinin iştrakçılarına altı ay ərzində öz təcrübələrini bölüşüblər. Həmçinin Proqram çərçivəsində ingilis dili dərslərinə qoşularaq, dil səviyyələrini daha da artırıblar.
Layihənin əsas məqsədi müəllim peşəsinin dəyərini artırmaq, inamını gücləndirmək, müasir təhsildə tələb olunan bacarıqları inkişaf etdirmək, mövcud problemi həll etmə yollarını öyrənmək və əməkdaşlıq qurmaqdan ibarətdir.