Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon İcra Hakimiyyəti başçısının 08 fevral 2016-cı il tarixli, 27 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.

 

Bərdə rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının yaradılması barədə

 

Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 3 fevral tarixli “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnaməsi”nə uyğun olaraq Bərdə rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının yaradılması üçün

QƏRARA ALIRAM:

Bərdə rayon İcra Hakimiyyətinin aşağıdakı tərkibdə Apellyasiya Şurası yaradılsın:

Şuranın sədri:

Məmmədov İlham Telman oğlu Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri;

Şuranın üzvləri:

Bağırov Mürsəl Əli oğlu Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri;

Bəylərov Zaur Edilxan oğlu  Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;

Süleymanov Rəşid Salman oğlu  Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar;

Ələkbərov Damət Qasım oğlu  Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi;

Abbasov Asif Yusif oğlu  Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi;

Fərzəliyev Əli Abdulla oğlu Rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi.

 

Bərdə rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının Katibliyinin tərkibinin təsdiq edilməsi barədə


Bərdə rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının Şuranın Katibliyinin yaradılması barədə təklifini nəzərə alaraq 

QƏRARA ALIRAM:

1. Bərdə rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının Şuranın Katibliyinin yaradılması barədə təklifi nəzərə alınaraq Katibliyin tərkibi aşağıdakı tərkibdə təsdiq edilsin:

Katibliyin rəhbəri:

İsmayılov İsgəndər Bəsəl oğlu Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri;

Katibliyin üzvləri:

Səfərov Natiq Qalibiyyət oğlu Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi;

Cəfərova Günel Rasim qızı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi.

 

Keçidlər