Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

 

•  Bərdə rayonunun ərazisi 957 kv. km, əhalisi 121.2 min nəfərdir. 35 inaibati ərazi dairəsindən ibarətdir. Rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Rayonda kənd təsərrüfatı məhsullarının saxlanılması üçün ambarlar, heyvandarlıq məhsulları istehsalı və ətin ilkin emalı parkı, süd məhsulları emal edən müəssisə,  pambığın ilkin emalı zavodları, “Bərdə tikiş”, çörək-bulka məmulatları ASC-lər, asfalt-beton, əmtəlik beton istehsalı zavodları fəaliiyyət göstərir.
• Bərdə rayonu qədim kənd təsərrüfatı rayonu olması ilə əlaqədar rayonda təkmilləşdirilmiş meliorasiya və irriqasiya sistemi var, əkin sahələrinin svarılması üçün ərazidən keçən Kür çayından və Xaçın çayından, həmçinin “Qarabağ” kanalından, 2 su ambarından, 814 subartezian və 2 artezian quyusundan istifadə olunur. Rayonda 24 Su Assosiasiyası fəaliyyət göstərir. Rayonda 1366,8  km suvarma kanalları, 36991 km kollektor drenaj şəbəkəsi var, 4 Aqrotexservis mərkəzi, 9 damazlıq təsərrüfatı, 13 toxumçuluq təsərrüfatı, 24977 ailə-kəndli təsərrüfatı fəaliyyət göstərir.
• 2014-cü il ərzində rayonun əsas iqtisadi göstəriciləri aşağıdakı kimidir: 303.1  milyon manat dəyərində ümumi məhsul, o cümlədən 12.2 milyon manat dəyərində sənaye, 139.8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 6,1 milyon manatlıq nəqliyyat və anbar, 1,1 milyon manatlıq rabitə, 87.5 milyon manatlıq ticarət xidmətləri göstərilmiş, 12,4 milyon nəfər sərnişin və 1 milyon 87 min ton yük daşınmışdır. İqtyisadiyyatın inkişafına 56.4 milyon manat əsas kapitala investisiya yönəldilmiş, bunun 50,7 milyon manatı və ya 91,6 faizini tikinti-quraşdırma işləri təşkil etmişdir. 2013-cü ilə nisbətən sənaye məhsulu istehsalı 9.4 faiz, kənd təsərrüfatı 8.1 faiz, nəqliyyat və anbar təsərrüfatı 5.8 faiz, informasiya və rabitə xidmətləri 27,8 faiz, ticarət xidmətləri 17,7 faiz artmışdır. İl ərzində 347,9 milyon manatlıq və ya 2013-cü illə müqayisədə 17,3 faiz çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 260.5 milyon manatlıq və ya keçən ilə nisbətən  17,7 faiz çox istehlak malları satılmışdır. Əhaliyə göstərilən iaşə xidmətləri 15.6 faiz artaraq 8.8 milyon manat, pullu xidmətlər  28.7 fazi artaraq 78.6 milyon manat təşkil etmişdir. Məcburi köçkünlərin sosial-inkişaf fondu tərəfindən ümumi sahəsi 4,4 min kv. metr, əhalinin şəxsi vəsaiti hesabına isə ümumi sahəsi 30,7 min kv. olan fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir. Orta aylıq əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artaraq 245 manat təşkil etmişdir.
•  Əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində 14 yarımstansiya, 2010 güc qidalandırıcı transformator var. 2014-cü ildə 110/35/10 kv-luq Bərdə yarımstansiyasında qapalı paylayıcı qurğu tikilmiş, 35/10 kv-luq S.Vurğun yarımstansiyasından çıxan 10 kv-luq 3 saylı kənd hava xətti yenidən tikilmiş, 50 ədəd müasir dayaqlar basdırılmış, 548 ədəd yeni sayğac quraşdırılmış, 43 ədəd 10 kv-luq, 21 ədəd 0,4 kv-luq yeni beton dirəklər basdırılmış, 35 kv-luq Məmmədli hava xəttində və 35 kv-luq Kələntərli hava xəttində zədəli izalyator yenisi ilə əvəz olunmuş, 28 ədəd 10/0,4 kv-luq transformator yarımstansiyası, 12,8 km 10 kv-luq və 4,4 km 0,4 kv-luq elektrik hava xətləri, 110/35/10 kv-luq Bərdə yarımstansiyasından qidalanan 10 kv-luq Hərbi hissə su kəməri, Betonzavod, 2,4, 5 və 7 saylı şəhər, 2 saylı kənd və dövlət hava xətlərinin yağ açarları əsaslı təmir edilmişdir. 35/10 kv-luq Qaradəmirçi yarımstansiyasında TM-2,5 MVA transformatoru, 110/35/10 kv-luq Bərdə yarımstansiyasından çıxan 6 saylı kənd Pambıq zavodu, 1 saylı şəhər, 1 və 5 saylı kənd hava xətlərinin vakkum açarları, 35/10 kv-luq Şirvanlı yarımstansiyasından qidalanan 2 saylı 10 MVA transformatorun 35 kv-luq giriş yağ açarı, 35/10 kv-luq Qaradəmirçi yarımstansiyasından qidalanan TM-2,5 MVA transformatorun 35 kv-luq giriş yağ açarı, 35/10 kv-luq Yeni Həyat yarımstansiyasında 6,3 MVA transformatorun 35 kv-luq S-35 tipli yağ açarı, 35/10 kv-luq Kələntərli yarımstansiyasında 4 MVA transformatorun 35 kv-luq VT-35 tipli yağ açarı, 35/10 kv-luq Canavarlı yarımstansiyasında 6,3 MVA transformatorun 35 kv-luq VT-35 tipli yağ açarı, 48 ədəd 10/0,4 kv-luq transformator yarımstansiyası, 16,7 km 10 kv-luq və 17,2 km 0,4 kv-luq elektrik hava xətləri cari təmir edilmiş, 891 ədəd qüsurlu sayğac yenisi ilə əvəz edilmişdir.
• Rayonda qazlaşdırılmış yaşayış məntəqələri fasiləsiz olaraq təbii qazla təmin edilir. Dövlət Proqramı çərçivəsində 2014-cü il ərzində 28,3 km müxtəlif diametrli qaz xətləri çəkilərək 2159 abonentə təbii qaz verilmiş, Şirvanlı və Körpüsındıran kəndləri qazlaşdırılmış, qaz itkilərinin qarşısını almaq üçün 2,8 km müxtəlif diametrli qaz xətləri çəkilmiş, 365 ədəd istismar müddətini bitirmiş qaz sayğacları yenisi ilə əvəz edilmişdir.
Hazırda 24 kənd qazlaşdırılır. 
• Rayonda su təchizatının yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir. 2014-cü il ərzində Bəcirəvan kəndində içməli su üçün 1 ədəd artezian quyusu vurulmuş, içməli suyun sərfiyyatının müəyyənləşdirilməsi üçün 62 ədəd yeni su sayğacı quraşdırılmış, 17 subartezian quyusunun dərinlik nasosu yenisi ilə əvəz olunmuş, 98 quyunun dərinlik nasosları və 3 quyunun transformatoru əsaslı təmir edilmiş, 23 quyunun elektrik sərfiyyatı üçün elektron sayğac quraşdırılmış, 518 su qəzası aradan qaldırılmışdır. Hazırda Bərdə şəhərinin ətraf 9 kəndlə birlikdə su və kanalizasiya sisteminin tikilməsi üçün tədbirlər görülür. 
• Rayonda 1 şəhər və 39 kənd EATS-ləri vasitəsilə rabitə xidməti göstərilir. 2014-cü il ərzində Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün yeni tikilmiş yaşayış məhəllədə 240 nömrə, Cəyirli, Güloğlular, Şorəlli və Divanlı kəndlərinin sakinlərinə xidmət üçün Cəyirli kəndində 480 nömrə tutumu olan yeni elektron ATS-lər quraşdırılmış, Bərdə-Tərtər avtomobil yolunın kənarında 3,9 km və Bərdə-Yevlax avtomobil yolunın kənarında 2,4 km hava rabitə xətləri yenidən çəkilərək texniki normaya gətirilmiş, Həsənqaya kəndində 560 metr hava rabitə xətti yenidən tikilmiş,  272 nömrə tutumlu Qaradırnaq kənd ATS-i istiqamətində 4,4  km optik kabel çəkilmiş, Zümürxan kəndində rabitə şəbəkəsi genişləndirərək 30 abonentə telefon çəkilmiş, 524  ümumi nömrə tutumu olan Lənbəran, Xanərəb və Muğanlı kənd ATS-ləri üzrə radio-rele RADMİN-2000 avadanlıqları quraşdırılmışdır. Ayrı-ayrı yerlərdə 26,6 km istismarara yararsız P-274 naqili yenisi ilə əvəz edilmişdir. Elektron Avtomat Telefon Stansiyalarında 624 port tutumlu DSLAM avadanlıqları quraşdırılmış, 1599 abunəçi sürətli internetə qoşulmuşdur. Şəhər ərazisində 4 km optik kabel çəkilmiş, 128 abonentə yeni texnologiya ilə internet xidməti təşkil edilmiş, Əliyanlı kəndində 256 nömrəlik şəbəkənin tikintisinə başlanmışdır. Ümumi provayderlə birlikdə 4500 abonentə sürətli internet verilmişdir. İl ərzində telefon abunəçilərinin sayı 736 ədəd artmışdır.
• Rayon ərazisində 72 km respublika əhəmiyyətli və 247 km yerli əhəmiyyətli avtomobil yolları, 23 körpü var. Yolların 122,5 km-i asfalt, 64 km-i qara örtüklü və 132,5 km-i çınqıl örtüklüdür. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında 11 kəndi birləşdirən 15,5 km uzunluqda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar kəndlərarası yolun tikintisinə başlanıb və yaxın vaxtlarda tikinti işləri başa çatdırılacaqdır.  Rayon ərazisindən Bakı-Xankəndi dəmir yolu keçir.
         

              Gələcəkdə rayonda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
1. Bərdə şəhərinin ətraf 9 kəndlə birlikdə içməli su və kanalizasiya sisteminin tikilməsi.
2. Yeni məktəb, musiqi məktəblərinin, məktəbəqədər təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi.
3. Şəhərdaxili bütün küçələrin asfaltlaşdırılması.
4. Rayonun küçələrinin yenidən qurulmasının davam etdirilməsi. 
5. Kəndlərin qazlaşdırılmasının başa çatdırılması.
6. Rayonun elektrik şəbəkəsinin yenidən qurulmasının davam etdirilməsi.
7. Suvarma suyu ilə təchizatın yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, yeni subartezian quyularının vurulması, Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisinin başa çatdırılması.
8. Tərtər çayının Bərdə şəhəri ərazisndən keçən hissəsində sahilbərkitmə işlərinin Başa çatdırılması.
9. Rayon ərazisindəki tarixi abidələrin bərpa edilməsi.
10. İctimai və inzibati binalar üçün nəzərdə tutlmuş qazanxanaların modernləşdirilməsi, yeni istilik-qazanxana sistemlərinin tikilməsi.
11. Kəndlərin içməli su ilə təchizatının yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsi, yeni subartezian və artezian quyularının vurulması.
12. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlərin davam etdirilməsi.
13. Tarix Diyarşünaslıq mərkəzi üçün müasir binanın tikilməsi.
14. Kəndlrarası yolların yenidən qurulması və asfaltlaşdırılmasının davam etdirilməsi.
15. Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində yeni asma körpünün tikilməsi.
16. Bərdə şəhərində kommunal binaların təmirinin davam etdirilməsi.
17. Kommunal bina tikilməsi.
18. Sənaye parkının tikilməsi.
19. İri fermer təsərrüfatlarının yaradılmasının davam etdirilməsi.

Keçidlər