Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

İsayev Vidadi İsa oğlu, Bərdə rayon İcra Hakimiyyətinin başçısı

İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub, 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. 1980-1985-ci illərdə Ağdaş rayon Qaradeyin kənd orta məktəbində tarix müəllimi, 1986-2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri, 2004-2005-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 3 mart 2011-ci il tarixli sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü, tarix elmləri namizədidir. Ailəlidir, 4 övladı var. 

  •     Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə "Əmək" ordeni, 17 aprel 2019-cu il tarixli Sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Keçidlər