Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Rayonun ərazisi 957 kv. km-dir. Məşğul əhalinin əsas hissəsi aqrar sahədə, rayonda fəaliyyət göstərən pambıq zavodlarında, ət kəsmə müəssisəsində, süd emalı zavodunda, Tikiş fabrikində və digər istehsal, ticarət, ictimai iaşə və məişət xidməti sahələrində çalışır.
Rayon 35 inzibati ərazi dairəsindən ibarətdir.
Rayonun ərazisində 62 idarə və təşkilat, 14 sənaye müəssisəsi, fəaliyyət göstərən 10 tikinti təşkilatı, 1 ət kəsmə müəssisəsi, 2 çörək zavodu, 7 özəl bank filialları, 3 özəl bank şöbələri, 6 kredit ittifaqları, 5 bank olmayan kredit təşkilatları, 2 sığorta təşkilatı, 2 post terminal, 1 avtovağzal, 1 dəmir yol vağzalı fəaliyyət göstərir.
Hazırda rayonda məşğul olan əhalinin 3228 nəfəri sənaye (emal sənayesi 2822 nəfər, mədənçıxarma sənayesi 108 nəfər, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 194 nəfər, su təchizatı, tullantıların təmizlənməsi və emalı 104), 39305 nəfəri kənd təsərrüfatı və meşə təsərrüfatı, 4733 nəfəri tikinti, 6988 nəfəri ticarət və nəqliyyat vasitələrinin təmiri, 2112 nəfəri nəqliyyat və anbar təsərrüfatı, 825 nəfəri turistlərin yerləşdirilməsi və ictimai iaşə, 413 nəfəri informasiya və rabitə, 326 nəfəri maliyyə və sığorta fəaliyyəti,  308 nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 425 nəfəri peşə, elmi və texniki fəaliyyət, 517 nəfəri inzibati və yardəmçı xidmətlərin göstərilməsi, 2729 nəfəri dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6221 nəfəri təhsil, 3070 nəfəri əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1923 nəfəri istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətlə, 2576 nəfəri isə digər sahələrdə çalışırlar.
2020-ci  ildə rayonda 474.2  milyon manat dəyərində ümumi məhsul, o cümlədən 23.3 milyon manat dəyərində sənaye, 282.1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 21.6 milyon manat dəyərində tikinti-quraşdırma işləri görülmüş, əhaliyə 3.7 milyon manat nəqliyyat, 1.6 milyon manat rabitə və informasiya, 141.9 milyon manat ticarət xidmət göstərilmişdir. 2019-cu ilə nisbətən ümumi məhsul buraxılışının həcmi 2.0 faiz azalmışdır. Sənaye məhsulunun həcmi 19.2 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı 5.9 faiz,  tikinti-quraşdırma işlərinin həcmi 16.0 faiz, rabitə və informasiya xidmətinin həcmi 8.5 faiz artmış, nəqliyyat xidməti 49.2 faiz, ticarət xidməti 6.4  faiz azalmışdır. Göstərilən dövrdə bir nəfərin orta aylıq əmək haqqı 23.3 faiz artaraq 422.8 manata çatmışdır.
Əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində 3 istiqamətdən rayona elektrik enerjisi gəlir, şəbəkədə 14 yarımstansiya, 1853 qidalandırıcı transformator var. 2020-ci ildə 35/10 kv-luq Seyid Yusifli yarımstansiyasında 2x6.3 MVA transformator quraşdırılmış, Bəcirəvan yarımstansiyasında 7,5 MVA, Yeni Həyat yarımstansiyasında 6,3 MVA transformator 7,5 MVA transformatorla əvəz edilib, Məmmədli yarımstansiyasında 4 MVA transformator 35 kv-luq giriş yağ açarı əsaslı təmir edilmiş, 10 ədəd 35/10 kv-luq yarımstansiyalarda təmir işləri görülmüş (6 ədəd 10 kv-luq yağ açarı vakum açarlarla əvəz olunmuş), 50 ədəd 10 kv-luq KTM müasir tipli KTM-lə əvəz olunmuş, 230 km 10 kv-luq  və 65 km 0.4 kv-luq hava xətlərində təmir işləri aparılmış, 250 km 0.4 kv-luq ÖİN xətləri çəkilmiş, 6548 ədəd müxtəlid dayaqlar quraşdırılmış, Lənbəran, Əmirli, Dəymədağıldı, Darğalar, Şorəlli, Qasımbəyli, Alaçadırlı, Divanlı, Qaradağlı, Kərimbəyli, Samux, Mehdili və Təhlə kəndlərin 0,4 kv-luq şəbəkələrində yenidən qurma işləri aparılmış, 130 ədəd 10/04 kv-luq elektrik taransformatorları təmir edilmiş, rayon Elektrik şəbəkəsinin inzibati binası əsaslı təmir edilmişdir.   
Rayonun 111 yaşayış məntəqəsindən 110-u qazlaşdırılmışdır. Yaşayış məntəqələrinin 99,1 faizi və ev təsərrüfatlarının 99,8 faizi qazlaşdırılmışdır
2020-ci ildə 64 ailədən ibarət Məşədiibişli kəndi, 40 ailədən ibarət Qarağacı və 45 ailədən ibarət Divanlı kəndkərinin ərazisində yeni yaşayış məhəllələri qazlaşdırılmış, 561 abonentə fərdi qaydada qaz çəkilmiş,  13714 p/metr müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilmiş, diametrii 15 və 20 mm olan 1261 ədəd krantlar, 348 ədəd FQT, 96 ədəd ŞQTM  və 24 ədəd siyirtmə və rəzələr quraşdırılmış, 11038 p/metr qaz xətləri boya ilə rənglənmiş, 4955 p/metr xətlər dayaqlar üzərinə çıxarılmış, 20150 p/metr qaz xətləri kollardan təmizlənmiş, 244 ədəd sayğac texniki normaya gətirilmişdir.
Rayonda içməli su təchizatının yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir. 2020-ci il ərzində rayonun  Xanxanımlı, Kələntərli , İkinci Nazırlı və Soğanverdilər  kəndlərində 4 ədəd subartezian quyusu qazılıb, Nazırlı, Qazaxlar, Mehdili və Piyadalar kəndlərində 4 ədəd subartezianının qazılması və su şəbəkəsinin tikilməsi üçün  layihə-smeta sənədləri hazırlanmış,  16 ədəd subartezian quyusunun dərinlik nasosu yenisi ilə əvəz edimiş, 32 ədəd subartezian quyusunun nasosları və avadanlıqları əsaslı təmir edilmiş, 1058 p/metr müxtəlif diametrli su xətləri polietilən novlarla və 370 p/metr kanalizasiya xətləri yenisi ilə əvəz olunmuşdur. Bərdə şəhərinin ətraf 9 kəndlə birlikdə su və kanalizasiya sisteminin tikilməsi üçün tədbirlər görülür.  
Rayonda 2 şəhər və 45 kənd EATS-ləri vasitəsilə rabitə xidməti göstərilir. 2020-ci il ərzində 10200 metr  FO kabeli cəkilmiş, 106-ədəd dəmir, 110 ədəd beton  calaq dirək basdırılmış, 146 ədəd dirək texniki normaya gətirilmiş, 17 kəndə rabitə və xətt qurğularında  yenidən qurma aparılmış, 17.5 km hava rabitə xətləri  əsaslı təmir edilmiş, 9 ədəd yeni quyu tikilmiş, 11 ədəd quyu əsaslı təmir edilmiş, 700 port tutmlu DSLAM avadanlığı  quraşdırılmış, 6 kəndə Super Net  internet Provayderi  xidmətə  başlamış, Mərkəzi EATS-in  xidməti ərazisində  384 portluq DSLAM avadanlığı quraşdırılmış,   309 ədəd telefon cəkilmişdir.
Rayon ərazisində 72 km respublika əhəmiyyətli və 247 km yerli əhəmiyyətli avtomobil yolları, 23 körpü var. Yolların 122,5 km-i asfalt, 64 km-i qara örtüklü və 132,5 km-i çınqıl örtüklüdür. 2020-ci il ərzində 5 km uzunluqda Mollalı, 3 km uzunluğunda Şatırlı-Hacılı, 3 km uzunluqda Seyidyusifli-Xoruzlu, 4 km Samuxlu, 1,5 km uzunluğunda Darğalar kənd yollarına asfaltlt-beton örtüyü çəkilmişdir.
Rayon ərazisindən Bakı-Xankəndi dəmir yolu keçir. Hazırda bu yolun Bərdə-Ağdam hissəsi bərpa edilir.

Keçidlər